Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Başçı şəhid yasında dava saldı

4 günlük müharibədə vətən torpağını düşməndən qəhrəmancasına qoruyan və işğal altındakı torpaqlarımızı geri alarkən şəhid olan əsgərlərimizin dəfni rayonlarda izdihamla, həmçinin yerli icra hakimiyyətlərinin iştirakı ilə keçirilib. 

 

Xeberinfo.com:   Qaynarinfo.az-a daxil olan məlumata görə, 10 aprel tarixində düşmənin təxribatının qarşısını alarkən şəhid olan Beyləqan rayon Bolsulu kənd sakini Cavadzadə Şahin Yaşar oğlunun yas mərasimində rayon icra başçısı Vaqif Abdullayevlə şəhidin yaxınları yas çadırında əməlli-başlı mübahisə ediblər. 

 

İcra başçısının şəhid ailəsininin övlad acısını nəzərə almayaraq, onlarla həddindən artıq kinayəli danışığı şəhidin yas çadırında əyləşən ağsaqqal qohumlarından birinin etirazı ilə qarşılanıb. 

 

Hadisə yerində olan şəxs deyib ki, Vaqif Abdullayev bütün həddləri aşaraq dövlətin və İcra Hakimiyyətinin onlara kömək etdiyini deyib. Bu isə yas sahibinin daha çox qəzəbinə səbəb olub. Yas evinə bir neçə yüz manatlıq bazarlıqla gələn Vaqif Abdullayevin "müharibədə kimsə ölməlidir" ifadəsini işlətməsi və "lazımı qayığının göstərildiyini" dilə gətirməsi mübahisəni daha da böyüdüb. 

 

Şəhid ailəsi dövlətin onlara göstərdiyi qayğıdan və hörmətdən məmun olduğunu deyərək icra başçısına eyham vurub ki, özünü çox tərifləməsin, dövlətin ona aiddiyyatı yoxdur. Hadisə yerində olan şahid qeyd edib ki, Vaqif Abdullayev bu mübahisədən sonra şəhidin yasında qısa müddət oturaraq oranı tərk edib. 

 

İcra başçısının bu hörmətsizliyi isə artıq rayon ictimaiyyəti arasında pis qarşılanıb və artıq bir neçə ziyalı təşkilatı Vaqif Abdullayevin dikbaşlığı, şəhid ailəsinə, ziyalılar hörmətsizliyi ilə bağlı imzatoplama kompaniyasına başlayıb. Onlar icra başçısından dövlət başçısı İlham Əliyevə şikayət edəcəklər. 

 

Mənbə qeyd edir ki, Vaqif Abdullayev bu mübahisəni etdiyi zaman onun yanında Füzuli rayon icra başçısı Alı Alıyev və Xocavənd rayon icra başçısı Eyvaz Hüseynov da olub. Mübahisənin dava-dalaş həddinə çatmasının qarşısını isə Eyvaz Hüseynovla yası idarə edən şəxslər alıb.

 

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam