Bu gün ingilislər çox vacib qarşılaşmada Belçika millisi ilə üzləşəcəklər.

Yenixeber.org: Bu matçın qalibi qrupudan birinci olaraq çıxacaq. Qarşılaşma həm də ona görə maraqla gözlənilir ki, İngiltərə yığması mundialda ilk dəfə güclü bir yığmayla qaşılaşacaq.

İngilis azarkeşlər bu matça çox böyük həvəslə hazırlaşırlar. Mundial başlayandan “Bring it home again”  yəni “onu yenidən evə gətir” həşteqi ilə ingilis azarkeşlər aktivlik göstərir. Hətta bəzi azarkeşlər Belçikanın qüruru Yan Klod Vandamın heykəlinə İngiltərə forması geyindirərək oyun başlamadan hesabı aça biliblər.

İngilis gözəlçələr də öz dəstəklərini millidən əsirgəmirlər. Çimərlikdə toplaşan gözəlçələr dəstəklərini belə göstəriblər.

Çılğınlıqları ilə seçilən ingilis azarkeşlərin bu matçdan sonra münaqişə yaradıb – yaratmayacaqları maraqla gözlənilir.

Tamerlan

Minval.İnfo