Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular– VİDEO

İngilis azarkeşlər Bakıya gəlmələrinə peşman oldular

 

İngilis futbol fanatları dünyanın ən çılğın azarkeşləri kimi tanınır. Bu, onların getdikləri yerdən və ölkədən asılı olmayaraq belədir. Üstəlik əgər komandaları qalib gəlibsə, artıq həmin gecə səhərə qədər asayiş keşikçilərinə yatmaq haramdır. Əyləncənin, içkinin dozasını o qədər qaçırırlar ki, rəqib komanda fanatlarına söz atmasalar, dava salmasalar, olmur sanki

 

Yenixeber.org: Dünənki “Qarabağ” ilə oyunsonrası isə mənzərə tamam başqa idi. Sanki, stadiondan səssiz-səmirsiz çıxanlar ingilislər yox, sarı saçlı, mavi gözlü azərbaycanlılar idi. Baxmayaraq ki, “Çelsi” 4-0 hesabı ilə qalib gəlmişdi.

Nə qədər qəribə səslənsə də, bir çox “Qarabağ” azarkeşləri soyuq və buzlu havada dayanıb gözləyirdilər ki, ingilislər çılğınlıq etsin, onlar da həmin çılğınlığı telefona çəkib sosial şəbəkələrə yükləsinlər. Amma olmadı, ingilislər əylənmədilər, içdilər, amma qədərində. O da əylənmək üçün yox, dünənki soyuqda üşüməmək üçün.

Oxu.Az-ın xəbərinə görə, Sputnik.Az saytının əməkdaşları oyundan sonra ingilis azarkeşlərin fikirlərini öyrəniblər.

Britaniyalı azarkeşlərin əksəriyyəti hakimi təhqir edərək onu söyüblər. “O portuqal f….ə oyundan həzz almağa imkan vermədi”. 

İngilislər üçün hesabın önəmi yoxdur. Onlar sürətli, ədalətli, 11-11-ə bitən matç görmək istəyirlər.

Onlar meydanda əsl savaş, ləngiməyən, axıcı oyun görmək istəyirdilər. Matçdan sonra Bakı küçələrini bir-birinə qatıb, azərbaycanlı polislərə unuda bilməyəcəkləri xatirə yaşatmaq istəyirdilər.

Londondan təyyarəyə minib Bakıya ona görə gəlmişdilər. Ancaq portuqaliyalı referi onların bu arzusunu gözlərində qoydu. “Qarabağ”a 2 penalti, 1 qırmızı vərəqə. Nəticə 0-4 “Çelsi”nin xeyrinə. Hakim ingilislərin oyundan ləzzət almasına əngəl oldu.

“Çelsi” fanatları hakimin bərbad olduğunu, oyunu məhv elədiyini söylədilər. “Qarabağ”-ın qapısına verilən penaltilərin Çempionlar Liqası tarixində verilən ən ədalətsiz penaltilər olduğunu dedilər…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam