Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq

 

 

Bu il Bakıda Novruz bayramı karvanı təşkil olunmayacaq

 

Yenixeber.org: Paytaxtın bayram şənliyi proqramında dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük karvanın təşkil olunması nəzərdə tutulmayıb.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu il “İlaxır çərşənbə” Novruz bayramı ilə (martın 20-si) üst-üstə düşür. Ona görə də “İlaxır çərşənbə” ilə bağlı ayrıca mərasim olmayacaq. 

İcra Hakimiyyətindən qeyd edilib ki, bayramla bağlı rəsmi dövlət tədbiri keçiriləcək: “Karvanın təşkil olunub-olunmayacağına Mədəniyyət və Turizm Nazirliyi aydınlıq gətirə bilər”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə deyib ki, indiyə qədər bayram karvanını Bakı Şəhər İcra Hakimiyyəti təşkil edib: “Nazirliyin öhdəsinə düşən bayram tədbirlərinin də siyahısı artıq məlumdur və ictimaiyyətə açıqlanıb. Tədbirlər planında Novruz bayramı karvanının təşkil olunması məsələsi nəzərdə tutulmayıb”.

Qeyd edək ki, hər il Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İlaxır çərşənbə”si günü metronun “İçərişəhər” stansiyası və İcra Hakimiyyəti binasının arasındakı sahədən - qala divarları önündən Novruz personajları – Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər və faytonların müşayiəti ilə böyük bayram karvanı Suraxanı “Atəşgah”ına yola düşürdü. “Atəşgah”dan od götürən bayram karvanı Fəvvarələr meydanından Gənclər meydanına gələrək bayram tonqalını alovlandırır və Dədə Qorqudun Novruz xeyir-duası ilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil edilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam