Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gün Bakıda atəşfəşanlıq olacaq

 

Bu gün İlaxır çərşənbə ilə bağlı keçiriləcək tədbirlə əlaqədar paytaxtın mərkəzi yollarından biri bağlanacaq

 

"Xeberinfo.com":  Məlumata görə, Bakı şəhər İcra Hakimiyyəti bu barədə sürücülərə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir ki, Konstitusiya Məhkəməsinin və Qoşa Qala qapısının qarşısında, Gənclər meydanında İlaxır çərşənbə günü münasibətilə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq bayram konsertinin keçirilməsi ilə bağlı İstiqlaliyyət küçəsi və Azərbaycan prospektinin kəsişdiyi yerdən Əziz Əliyev küçəsi istiqamətinə gedən yol bu gün gecə saatlarına qədər bağlı olacaq.
İcra Hakimiyyətindən verilən məlumata görə, xalqımızın milli adət-ənənələrinə uyğun olaraq, baharın gəlişi – Novruz bayramı ilə əlaqədar İlaxır çərşənbə münasibətilə martın 17-də saat 11.00-da Azneft meydanından dəvələrdən ibarət karvanla Suraxanı rayonu Atəşgah məbədinə hərəkət edəcək. 
Milli geyimli oğlan və qızlar musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə gətirdikləri odla saat 19.00-da Qoşa Qala qapısının qarşısındakı Gənclik meydanında tonqal yandırılacaq. 
İlaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşları konsertə və atəşfəşanlığa dəvət edir. 
Bayramınız mübarək olsun !

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam