Redaktor seçimi
Aqroterrorizm:
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Günün xəbəri

İcra başçısı Bayıl yamacındakı evlərin gələcək taleyindən danışdı– FOTO

 

bayil_surushme_130318_06Bayıl yamacında evləri tam dağılmış vətəndaşlara birdəfəlik kompensasiya ödəniləcək.

Yenixeber.org: Səbail Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bunu İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl yamacında baş vermiş sürüşmə ilə əlaqədar həmin ərazidən köçürülmüş sakinlərlə görüşündə deyib.

Bildirilib ki, yamacdakı məlum hadisələrlə bağlı burada məskunlaşan vətəndaşların özlərinin və əmlaklarının təhlükəsizliyinin təminatı məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər görülüb, əhali vaxtında təhlükəli zonadan köçürülüb, müvəqqəti sığınacaq yaradılıb, vətəndaşların digər sualları həll olunub. Buradakı evlərin böyük əksəriyyətinin heç bir sənədi olmayan qanunsuz tikililər olmasına baxmayaraq, dövlət tərəfindən ilk növbədə vətəndaşların mənafeyi nəzərə alınaraq buradakı 98 evdə yaşayanların kirayə mənzillərdə yerləşdirilməsi, onlara aylıq kirayə pulunun verilməsi qərara alınıb və bu işlər həyata keçirilib. Evləri tam uçulmuş vətəndaşlara isə birdəfəlik kompensasiya ödəniləcək.

O qeyd edib ki, hazırda ərazidə mütəxəssislər tərəfindən araşdırma və yoxlamalar aparılır:“Onların rəyi nəticəsində yamacdakı evlərin gələcək taleyi ilə bağlı qərar veriləcək. Bu gün ərazidə polis postları qurulub, kənar şəxslərin əraziyə daxıl olmasına yol verilmir”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?