Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcra başçısı sürüşmə zonasına gəldi:Mübahisə düşdü

İcra başçısı sürüşmə zonasına gəldi:

 

Hazırda Bayıl sürüşmə zonasında vəziyyət qorxuludur, hər an hansısa fəsad baş verə bilər

Yenixeber.org: Bunu  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, çatlarda böyük aralanmalar var.

Qeyd edək ki, bu gün günorta saatlarında Bakı şəhəri, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Müvafiq qurumların nümayəndələri ərazidədirlər.

***

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

 icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb. Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib: kirayə haqqı fevralın 13-dək ödəniləcək: "Hazırda məsələyə rəsmi səviyyədə baxılır".

İcra başçısı tapşırıq verib ki, sakinlərin evlərində qalan əşyaları məktəbin binasına yığılsın: "Ərazidə öncə təhlükəsizlik tədbirləri görülməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam