Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ƏƏSMN-nə bir ayda 16423 müraciət daxil olub

 

Nazirliyə bir ayda 16423 müraciət daxil olub
Fevral ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə 16 423 müraciət daxil olub.
Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, müraciətlər sosial təminat növlərinə hüququn müəyyən olunması, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, pensiya və müavinət, sosial xidmət, sosial sığorta münasibətləri, fərdi uçot sistemi, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə və s. məsələləri əhatə edib. Vətəndaşlar əsasən bu sahələrlə bağlı sorğularını ifadə ediblər və müraciətlərin 96,7%-i belə sorğulardan ibarət olub.

“Çağrı mərkəzləri”nə daxil olan hər bir müraciət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aidiyyəti sahə üzrə mütəxəssisləri tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb. O cümlədən, sorğu xarakterli müraciətlərdə əksini tapan məsələlərlə bağlı vətəndaşlara qanunvericiliyin müvafiq maddələri izah olunub. Müraciətlərin qalan hissəsində isə araşdırılması tələb olunan məsələlər ifadə olunub. Həmin müraciətlər nazirliyin aidiyyəti struktur bölməsində araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. 

Qeyd edək ki, SMS-məlumatlandırma xidməti də davam etdirilib və ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 70 328 SMS göndərilib. Ümumilikdə cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190 - “Çağrı mərkəzləri” tərəfindən 31 659 müraciətin cavablandırılması təmin olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam