Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Yeni agentliyin sədri kimdir? -

 

Yeni agentliyin sədri kimdir? - Dosye

Xəbər veridyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə sədr təyin edilib.

Ölkə başçısının sərəncamına əsasən bu vəzifəyə təyin edilən şəxs Qoşqar İlahi oğlu Təhməzlidir.

Yenixeber.org xəbər verir ki, Təhməzli Qoşqar İlahi oğlu 29 may 1970-ci ildə anadan olub. Azərbaycan Tibb Universitetinin 1994-cü il məzunudur, Tibb elmləri üzrə fəlsəfə doktorudur. 

“Medeks” şirkətinin rəhbəri işləyən Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, “Medeks” şirkəti müxtəlif profilli tibbi, sanator-kurort müəssisələrin qurulması və avadanlıqlarla təchiz olunması, kosmetoloji mərkəzlərin və Spa komplekslərinin qurulması və müvafiq avadanlıqlarla təchiz olunması və müxtəlif təyinatlı laboratoriyaların (qida, kriminalistik, klinik) qurulması və təchiz olunması ilə məşğuldur. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam