Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Paytaxtın Babək prospekti yenidən qurulacaq

Paytaxtın Babək prospekti yenidən qurulacaq

“Dövlət başçısının tıxacların aradan qaldırılması ilə bağlı xüsusi göstərişləri var. Planda Babək prospektinin genişləndirilməsi də nəzərdə tutulub”

 

Yenixeber.org: Bu sözləri “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov “ASAN Radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsi “Ramstore” qovşağından Yeni Günəşli qəsəbəsinə qədər olan hissə üçün planlaşdırılır: 

“Eyni zamanda Heydər Əliyev prospektindən, yəni “İnter” stadionunun yanından Babək prospektinə 4 hərəkət zolaqlı yol olan çıxış verməliyik. Bütün bu işlər 2018-ci ilin Bakı şəhər planında yer alıb. Bundan başqa, Nobel prospektini də yenidən təmir etmək niyyətindəyik”.

ASC sədri vurğulayıb ki, Azərbaycanda ödənişli yollardan istifadəyə keçmək prezidentin birbaşa göstərişidir: 

“Tövsiyəyə uyğun olaraq ilkin mərhələdə iki magistral yolun ödənişli olması təklifini vermişik. Qiymətlərlə bağlı Nazirlər Kabinetinə təkliflər verilib və Tarif Şurasının onu təsdiq etməsi gözlənilir. Beynəlxalq yolların təcrübəsindəki tariflər nəzərə alınıb”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam