Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sürücülərə şad xəbər- Babək prospekti genişləndiriləcək - VİDEO

Sürücülərə şad xəbər

 

 

Bakının bəzi yollarında xüsusilə axşam və səhər saatlarında böyük sıxlıq yaşanır. Bunun qarşısını almaq üçün bir sıra layihələr həyata keçiriləcək. Bəzi prospektlərin genişləndirilməsi gözlənilir. Onlardan biri də Babək prospektidir

 

Yenixeber.org: Paytaxtda tıxacların qarşısını almaq üçün önəmli layihələr həyata keçiriləcək. İlk növbədə bəzi prospektlərdə genişləndirmə işləri aparılacaq.

Layihə çərçivəsində Heydər Əliyev prospektindəki stadionun yanından Babək prospektinə 4 hərəkət zolaqlı çıxış veriləcək. Bununla da Heydər Əliyev prospekti ilə Babək prospekti arasında geniş əlaqə yaranacaq.

Bakı yolları ilə bağlı 2018-ci il planında Nobel prospektinin də təmir edilməsi məsələləri öz əksini tapıb. Bütün bu işlər həllini tapandan sonra paytaxtın tıxac yükü çox olan prospektlərində vəziyyət stabilləşəcək.

Qeyd edək ki, daha əvvəl Heydər məscidi, "3-cü mikrorayon" dairəsi, metronun "20 yanvar" stansiyasının ətrafında olan yol qovşaqları ilə bağlı da Nazirlər Kabinetinə təkliflər göndərilib. Xüsusilə "20 yanvar" dairəsi və Bakı-Sumqayıt yolundakı tıxacı azaltmaq üçün metrobus xəttinin çəkilməsi planlaşdırılır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam