Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

PEDİATR MƏSLƏHƏTİ... "Süni qidalanma və süni əmziklərdən uzaqlaşın"

"Süni qidalanma və süni əmziklərdən uzaqlaşın"

 

"Süni qidalanma və süni əmziklərdən uzaqlaşın. Uşaqlarınıza ana südü verin”

Yenixeber.org: Bunu pediatr Rauf Bəylərov ana südü ilə qidalandırma həftəsinə həsr olunmuş tədbirdə deyib:

"Ana südü həm uşaq üçün, həm ananın özünün sağlamlığı baxımından çox önəmlidir. Hər bir qadın öz uşağını 2 yaşa qədər əmizdirə bilər. Bu zaman ilk olaraq ananın özü sağlamlığı naminə bunu etmiş olur. Artıq onkoloqlar da təsdiq ediblər ki, körpəsini 2-3 yaşa qədər əmizdirən qadınlarda klimakterik dövrdən əvvəl yumurtalığın və süd vəzinin xərçəng xəstəliyi riski azalmış olur. Digər tərəfdən, uşaqlarda da 4 yaşa qədər kəskin respirator infeksiyalara, diareyaya yoluxma 4 dəfə azalır”.

Pediatr süni qidalardan da danışıb:

“Süni qidalanma ölü qidalanmasıdır. Süni qidaların tərkibini araşdırsaq, görərik ki, bunların uşaqlara verilməsi heç də düzgün deyil. Süni əmziklər də uşaqlara çox zərərlidir. Bu zaman analar çox diqqətli olmalıdırlar.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam