Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qırğız Respublikasının keçmiş prezidenti - Rusiya aviabazasından Moskvaya uçub

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev Rusiyaya gedib. 

Yenixeber.org:  Məlumatı Qırığız Respublikasının Dövlət Sərhəd Xidmətinin Mətbuat katibliyi yayıb.

Sabiq dövlət başçısının Rusiyaya səfəri ilə əlaqədar aviabazanın ərazisində mobil qrup gətirilib: “Bu qrup sərhəd nəzarətini həyata keçirəcək. Başqa sözlə həmin qrup Almazbek Atambayevin pasportuna çıxış ştampı vuracaq”.

Qeyd edək ki, keçmiş prezident bir müddət əvvəl Moskvaya dəvət olunub. Onun Rusiyada görüşəcəyi şəxs və ya şəxslər məlum deyil. 

A.Atambayev səfəri ilə bağlı deyib ki, bu məxfi informasiyadır və iyulun 25-də Qırğız Respublikasına qayıdacaq. Ondan “Manas” hava limanının sərnişin təyyarəsinin xidmətindən niyə istifadə etmədiyi soruşulub. Keçmiş prezident deyib: “Bunun səbəbi hamıya məlumdur”.

Xatırladaq ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Qırğız Respublikasının Baş Prokurorluğu keçmiş prezdentə qarşı 6 faktdan 5-i üzrə cinayət işinin başlaması üçün əsas olduğunu bildirmişdi. Baş Prokurorluq onun prezident olarkən fəaliyətində korrupsiya əlamətləri aşkarlandığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam