Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Tacikistanla Qırğız Respublikası sərhədində - vəziyyət yenə gərginləşib

Tacikistanla Qırğız Respublikası arasındakı sərhəddə atışma olub, bir qırğız sərhədçisi yaralanıb.

Yenixeber.org:  Bu barədə RİA “Novosti” xəbər verir.

“Dövlət Sərhəd Xidməti başçısının və Batken vilayəti qubernatorunun iştirakı ilə sakinlərlə görüş zamanı Tacikistan tərəfindən Qırğız Respublikası vətəndaşlarına doğru iki atəş açılıb”, - Qırğız Respublikası Dövlət Sərhəd Xidmətindən verilən məlumatda bildirilir.

Digər tərəfdən, AFP xəbər verir ki, Tacikistan Sərhəd Xidməti rəsmilərinin verdiyi məlumata əsasən, tacik kəndliləri öz bayraqlarını qaldırarkən qırğız tərəfindən buna qarşı atəş açılıb, nəticədə tacik kəndinin 52 yaşlı sakini güllə yarasından dünyasını dəyişib. Tacikistan rəsmi informasiya agentliyinin yaydığı məlumata görə, qırğız vətəndaşları daş atmaqla yanaşı, odlu silah da tətbiq ediblər.

Xatırladaq ki, ötən gün həmin ərazidə Tacikistana məxsus Vorux kənd sakinlərinin öz dövlət bayraqlarını qaldırmaq istəyərkən vəziyyət gərginləşib, ov tüfənglərindən atəş açılıb. Həmin bölgədə dövlət sərhədi demarkasiya olunmadığından son illər mütəmadi olaraq gərginlik mənbəyinə çevrildiyi bildirilir.

Qeyd edək ki, həftənin sonunda Tacikistanın sərhədyanı İsfərə şəhərində iki ölkə prezidentləri arasında danışıqlar gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam