Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

MADURONUN HAKİMİYYƏTDƏN ƏL ÇƏKMƏSİ ÜÇÜN ÜÇ SSENARİ:getmək, yoxsa qalmaq daha çox itkiylə başa gələcək? - TƏHLİL

Andres Oppenheymer

“La Nación” (Argeintina), 14.02.2019

 

Anlatmağa keçməmişdən qabaq son hadisələri şərh edirik: Meksika və Uruqvayın Venesueladaxili dialoq üçün yaratdığı Beynəlxalq Təmas Qrupu deyilən qurum çətin ki nəyəsə nail olsun. Quaydonun bu yaxınlarda müsahibənin gedişində mənə dediyi kimi, Maduro ilə daha bir “saxta dialoq”a girmək niyyətində deyil. Maduro son illərdə müxalifətlə dialoqdan, ən azı, dörd dəfə yararlanıb ki, vaxtı uzatsın, sonra isə dünya ictimaiyyətinin diqqəti başqa problemlərə keçən kimi, siyasi rəqbilərini həbsə atsın.

Yenixeber.org: Quaydo mənə dedi – bu dəfə keçid hökuməti azad seçkilər keçirənə qədər Maduro getməli olacaq.

Bundan başqa, Meksika və Uruqvay “neytral ölkə” deyil. Onlar Maduronu hələ də Venesuela prezidenti sayırlar.

O biri yandan, Almaniya, Fransa, Böyük Britaniya, İspaniya, Avstraliya, Kanada, Braziliya, Argentina və Qərbin başqa demokratiyalarının çoxu Quaydo hökumətini qəbul edir.

Deməli, üç mümkün ssenariyə baxmağa keçək:

Birinci ssenari: Maduro etibar qazanmış beynəlxalq müşahidəçilərin iştirakıyla azad seçkilər keçirməyə icazə verməyə məcburdur. Venesuela neftinin (Maduro rejiminin əsas gəlir qaynağının) ixracatını mümkünsüz edən ticarət embarqosu üzündən və beynəlxalq humanitar yardım gətirən yük maşınlarının ölkəyə qaytarılmasını tələb edən venesuelalıların artan küçə etirazları, sərhədə yığılmış hərbçilər Maduronu azad seçkilər keçirmək üçün razılaşmağa vadar edəcəklər.

Maduro Nikaraquada ötən yüzillikdə 1990-cı il seçkiləri və Filippində 80-ci illərdə baş verdiyi kimi, özü və generalları üçün məqbul şərtlər əldə edir. Maduro sonra seçkiləri uduzur və Kubaya gedib “Telesur” kanalında təbildə çalıb oxuyaraq, rəqs edərək Amerika imperializmini qarğıyaraq teleşou aparıcısı kimi yeni həyata başlayır.Mənim fikrimcə, belə bir ssenarinin həyata keçmə ehtimalı 50%-ə bərabərdir.

İkinci ssenari: Maduro sonsuz müddətə hakimiyyətdə qalır.

Venesuela diktatoru Rusiya və Çinin yardımıyla hakimiyyəti saxlamağa nail olur. Kubada baş verdiyi kimi, Venesuelada humanitar böhran artır və milyonlarla vətəndaş ölkədən qaçır. Maduro bu qayda ilə əsas kütləsini yoxsullaşan dövlət qulluqçuları təşkil edən az sayda adamı ərzaqla təmin edəcək. Hökumətin payladığı ərzaq payları üzərindən onlara nəzarət etmək asan olacaq.

Bütün işlər bundadır ki, Braziliya və Kolumbiya, növbəti milyonlarla adam bu ölkələrə can atarkən bu aclığa dözməyəcək. Güman etmirəm ki, Rusiya və Çin Maduroya böyük maliyyə yardımı göstərər. Belə bir ssenarinin həyata keçmə ehtimalı 30%-ə bərabərdir.

Üçüncü ssenariABŞ-ın, ya da çoxmillətli güclərin hərbi müdaxiləsi. Keçən əsrin 80-ci illərində Panamada baş verdiyi kimi, Amerika məhkəməsi “narkoticarət” maddəsiylə Maduroya və generallarına hökm çıxardır ki, bu da ABŞ tərəfdən hərbi müdaxiləyə gətirir. Ya da ötən əsrin 80-ci illərində Karibin Qrenada adasında baş verdiyi kimi, ABŞ, guya, Kuba və Rusiyanın bu ölkəni işğal etdiyi bəhanəsilə Venesuelaya müdaxilə edir. Amma Panama ordusunda 21 min, Qrenadada isə iki minə yaxın hərbçi vardısa, Böyük Britaniyanın Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun məlumatına görə, Venesuela silahlı güclərinin sayı 351 min nəfərə çatır. Bəzi ekspertlərin dəyərləndirdiyinə  görə, ABŞ Venesuelaya müdaxilə nəticəsində 100 mindən çox hərbçisini itirəcək.

Ola bilsin, 1965-də Dominikan Respublikasında, ya da 1992-də Bosniyada olduğu kimi, panamerika gücləri və yaxud BMT kontingentinin göndərilməsi haqda xahişlər gələcək. Amma Latın Amerikası ölkələrinin çoxu bu əməliyyata qatılmaq istəməyəcək, Rusiya və Çin isə BMT TŞ-nin Venesuelaya müdaxiləni sanksiyalaşdıran istənilən qətnaməsinə veto qoyacaq. Belə bir ssenarinin həyata keçirilmə ehtimalı 20%-ə bərabərdir.

Deməli, indiki çoxalan beynəlxalq diplomatik və iqtisadi sanksiyalar dalğası Maduronun qanunsuz rejimini hakimiyyətdən əl çəkməyə vadar etməkdə ən yaxşı – və ola bilsin, ən gerçək – imkanı ifadə edir. Basqı çoxalarsa, onda Maduro gedə bilər.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam