Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Maduro istefa verməyəcəyini bəyan etdi

 

Maduro istefa verməyəcəyini bəyan etdi
Venesuela prezidenti Nikola Maduro ölkədə onun hakimiyyətinə qarşı başladılan etirazlar və ABŞ başda olmaqla, digər region ölkələrinin təzyiqlərinə baxmayaraq, istefa verməyəcəyini bəyan edib. 

 Yenixeber.org: Bunu Maduro məhkəmə ilinin açılışına sədrlik etmək üçün Ali Ədalət Məhkəməsində çıxışı zamanı deyib.
O, bildirib ki, müxalifətin istinad etdiyi konstitusiyada ölkə prezidenti ölüm, istefa, vəzifədən kənarlaşdırılma və səhhətində problemlər yarandığı hallarda hakimiyyətdən gedə bilər. 

“Mən isə hələ də sağlamam və heç bir şərt altında istefa verməyəcəm. Səlahiyyət müddətimziin bitəcəyi 2025-ci ilədək ölkəmizi xalq çoxluğunun istədiyi şəkildə idarə etməyə davam edəcəyimə zəmanət verirəm. Konstitusiyaya zidd olaraq qanunsuz şəkildə özünü dövlət başçısı elan edən bir kuklanı iş başına gətirərək Venesuelaya müdaxilə etmək istəyirlər. Ölkəmizdə dövlət çevrilişinə və kukla bir hökumətin hakimiyyətə gətirilməsinə icazə verməyəcəyik. Dövlət başçısı olaraq deyirəm ki, Venesuelada hüquq olsun. Hüquq olsun ki, sülh və demokratiya da olsun və bu sosial hüquq dövlətinə hörmət edilsin. Bizim əlimizdə olan respublika da, vətən də heç nə itirməz” – Maduro bəyan edib. 

Qeyd edək ki, 23 yanvarda Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo özünü ölkənin prezidenti elan edib. ABŞ başda olmaqla beynəlxalq birliyin əksər aktorları Quaydonun müvəqqəti hakimiyyətini tanıyıb. Rusiya, Çin, İran və Türkiyə isə buna qarşı çıxaraq, Maduroya dəstək veriblər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam