Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Aİ və Yaponiya ikitərəfli ticarətdə tariflərdən imtina etdilər

Aİ və Yaponiya ikitərəfli ticarətdə tariflərdən imtina etdilər
Avropa İttifaqı və Yaponiya ikitərəfli ticarət mübadiləsində, demək olar ki, bütün tariflərdən imtinanı nəzərdə tutan hərtərəfli saziş imzalayıblar.
Yenixeber.org: "Associated Press” bildirir ki, ABŞ-la yaşanan ticari gərginlik fonunda imzalanan bu müqavilə qlobal iqtisadiyyatın 1/3 hissəsinə və 600 milyondan çox insana şamil olunur.

Ötən il razılaşdırılan sənədin imzalanması iyulun əvvəlinə nəzərdə tutulmuşdu. Lakin Yaponiyada baş verən təbii fəlakətə görə baş nazir Şinzo Abe Avropaturnesini təxirə saldığından Avropa İttifaqı (Aİ) Şurası prezidenti Donald Tusk və Aİ Komissiyasının sədri Jan-Klod Yunker dünəndən etibarən Tokioda səfərdədirlər.

Bu gün imzalanan ticarət sazişinə əsasən, yaponlar Avropa şərabı və donuz ətini, avropalılar isə Yaponiyanın maşın hisələri, çay və balıq məhsullarını daha ucuz qiymətə əldə edəcəklər. Müqavilə ilə Yaponiyadan Avropaya ixrac edilən məhsullara qoyulan gömrük rüsümları 99 faiz ləğv edilir. Lakin YaponiyanınAvropadan idxal etdiyi mallara qoyulan tariflər isə 94 faiz aradan qaldırılır. Gələcəkdə Avropanın ixrac etdiyi məhsullar da gömrük rüsümundan 99 faiz azad olacaqlar.

Tokio ikitərəfli tarif qiymətlərindəki bu fərqi düyü və digər məhsulların yaponlar üçün mədəni və siyasi həssaslığa malik məsələ olması, onların yetişdirilməsi ənənəsinin ərslər boyu Yaponiyada qorunması ilə izah edib. Həmçinin, ölkənin iqtisadi inkişafının əsasən ixracatdan asılı olması da bu məsələdə rol oynayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam