Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KXDR gizli danışıqlar aparır-Yaponiya ilə

KXDR Yaponiya ilə gizli danışıqlar aparır
Yaponiyanın baş naziri Şinzo Abe ilə Şimali Koreya lideri Kim Çen Inın görüşməsi üçün hər iki ölkənin yüksək vəzifəli məmurları bu ilin yazından etibarən gizli danışıqlar aparıblar.
Yenixeber.org: “Yomiuri” qəzeti xəbər verir ki, görüşün məqsədi Şimali Koreya xüsusi xidmət orqanları tərəfindən 1970-80-cı illərdə oğurlanaraq, məcburi şəkildə saxlanılan yaponiyalı vətəndaşların taleyi barədə məsələnin həllidir.

Bu məsələ Şimali Koreya lideri ilə ABŞ prezidenti Donald Trampın Sinqapurdakı görüşündə də müzakirə olunub. Tramp Kim Çen Ina izah edib ki, tam nüvəsizləşmə həyata keçirilərsə, ABŞ Pxenyana qarşı tətbiq etdiyi sanksiyaları götürəcək. Amma əgər Şimali Koreya tammiqyaslı iqtisadi yardım almaq istəyirsə, o zaman Yaponiya ilə danışıqlar aparmaldır. Lakin Tramp vurğulayıb ki, ölkədə məcburən saxlanılan yaponiyalıların işi həll edilmədən Abe Çen Ina kömək etməyəcək. Nəticədə Kim Çen In Şinzo Abe ilə şəxsən görüşərək, Yaponiya ilə Şimali Koreya arasındakı mövcud problemləri müzakirə etməyə razılıq verib.

Qeyd edək ki, Yaponiya baş naziri Kim Çen Inla görüşmək istəyini bir neçə dəfə dilə gətirib. Məlumata əsasən, Abe avqustda Pxenyana səfər edə bilər, yaxud da Yaponiya və Şimali Koreya liderləri sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu çərçivəsində təmas quracaqlar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam