Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Tel Rüfət Türk ordusuna təhvil veriləcək:İran Suriyada sıxışdırılır


  

İrana bağlı 2 min nəfərlik silahlı qrup 5 gün ərzində Afrin yaxınlığında yerləşən Tel Rüfət məntəqəsini tərk edəcək.

Yenixeber.org: Xarici mətbuat xəbər verir ki, Rusiya ilə İran arasında əldə olunan razılaşmaya görə, bölgənin Türkiyə və Azad Suriya Ordusuna təhvil verilməsi gözlənilir.

İrana bağlı qüvvələrin Azez ilə Hələb şəhərləri arasında strateji əhəmiyyətə malik Tel Rüfət qəsəbəsindən artıq çəkilməyə başladıqları bildirilir. Suriyada şərq-qərb keçidində, İdlibə qədər uzanan dəhlizin mühüm nöqtəsində yerləşən Tel Rüfət bölgəsi daha əvvəl Əhrar əl-Dəməşq, əl-Şamiyyə Cəbhəsi və əl-Fəth briqadasının əsas hərbi bazası kimi tanınırdı. Həmin birliklərin bölgəni tərk etməsi ilə birlikdə ərazi terror təşkilatı PKK-nın Suriya qolu olan PYD/YPG-nin nəzarətinə keçmiş, İrana bağlı könüllü silahlı qüvvələr də bölgəyə yerləşdirmişdi.

Rusiya ilə razılaşmalara baxmayaraq, İranın həmin bölgəni Əsəd qüvvələrinə ötürmək ehtimalı da var. Bu ehtimala qarşı Ankaranın hərəkətə keçdiyi xəbər verilir.

Qeyd edək ki, Zeytun budağı əməliyyatı zamanı PKK və Suriyaya bağlı qüvvələr Tel Rüfətdən Afrinə girməyə çalışır və Türk ordusunun atəşi ilə qarşılaşırdı.

İranın həm də Suriyanın cənub-qərbindən sıxışdırıldığı məlumdur. Onun xüsusilə İsraillə həmsərhəd bölgə olan Kolan təpələrindən çıxarılması Rusiya ilə danışıqların əsas gündəm mövzusu olmuş və tərəflər arasında razılaşma əldə edilmişdi.(ovqat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam