Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Eyvaz Qurbanov yenidən deputat olacaq-Bu perspektiv nə ilə bağlıdır?

Məlum olduğu kimi, reqlament üzrə bu ilin noyabrında keçirilməli olan növbəti parlament seçkisinin vaxtının daha əvvələ çəkiləcəyi gözlənilir. Artıq Milli Məclisin yeni heyəti ətrafında müzakirələr başlayıb və parlamentin tərkibində əhəmiyyətli dəyişikliklərin olacağı proqnozlaşdırılır. Bir çox dairələrdə, xüsusilə də yaşlı deputatların mandatla vidalaşacağı gözlənilir.

Yenixeber.org: Əldə etdiyimiz məlumata görə, deputatı yenilənəcək dairələr sırasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi də var. 

Belə ki, bu dairəni Milli Məclisdə təmsil edən Aqiyə Naxçıvanlını Oğuz rayonunun hazırkı icra başçısı Eyvaz Qurbanovun əvəz edəcəyi gözlənilir.

Bu, Qurbanovun ilk deputatlığı olmayacaq. Belə ki, 2011-ci ildə Oğuzun icra başçısı təyin edilən E.Qurbanov 2005–2010-cu illərdə Oğuz-Qəbələ seçki dairəsindən Azərbaycan Respublikası Milli MəclisininIII çağırış deputatı olub.

Daha əvvəl - 1984–1999-cu illərdə Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru olan Qurbanov 2000-ci ildən Bakı Olimpiya Kompleksinin direktoru vəzifəsində çalışıb.

13 ildir Oğuza başçılıq edən E.Qurbanovun yenidən parlament üzvlüyünə qayıtması daha çox ölkənin idarəetmə strukturunda gözlənilən dəyişikliklər və icra hakimiyyəti institutunun ləğvi perspektivi ilə əlaqələndirilir.(Azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam