Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Ərdoğandan Obamaya Suriya şərti

Ərdoğandan Obamaya Suriya şərti

"Putinə də demişdim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın". 

 

Xeberinfo.com:  Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Barak Obama arasında ötən gün baş tutan telefon danışığının bəzi təfərrüatları məlum olub.
 Məlumata görə, "Hürriyet" qəzetinin Türkiyə prezidenti adminstrasiyası və diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə prezidentlər arasında əsas müzakirə məsələlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisini bombalaması olub.
Obama deyib ki, Türkiyə Ordusu PKK-nın Suriya qanadı olan PYD və YPG-ni top atəşinə tutmasını dayandırsın. Buna cavab olaraq Ərdoğan bəyan edib ki, YPG, Rusiya və Bəşər Əsəd qüvvələri ortaq hərəkət edir.
"Onların hədəfləri DAEŞ-lə mübarizə aparmaq deyil. Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq. Əsəd, Rusiya və YPG Münhen razılaşmasına əməl edərsə, biz topa atışlarını dayandıracağıq. Putinlə telefonda danışarkən də dedim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın", - Ərdoğan şərt qoyub.
Türkiyənin cənubunda dəhlizin yaradılmasına icazə verməyəcəyini deyən Ərdoğan bəyan edib ki, top atışları da məhz bu məqsədi daşıyır və davam edəcək: "Sərhədlərimizdə belə qeyri qanuni addımın atılmasını əsla tribunadan izləməyəcəyik".
Ərdoğanın Obamaya "Münhen razılaşmasına uymasalar, top atəşləri davam edəcək" mesajını verməsi Ankaranın bu məsələdə qərarlılığının göstəricisi olduğu bildirilir.
Münhen razılaşması nədir?
Bu il fevralın 12-də Münhendə keçirilən "Suriyaya beynəlxalq dəstək qrupu"nun (ISSG) toplantısında Suriyada hərbi əməliyyatların bir həftə ərzində dayandırılması barədə razılıq əldə olunmuşdu. Razılaşmaya görə, ölkədə humanitar vəziyyət yaxşılaşdırılmalı və sülh danışıqları bərpa edilmlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam