Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Küveyt əmiri Türkiyədə-FOTO

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyədə rəsmi səfərdədir.

Yenixeber.org xəbər verir ki, səfər çərçivəsində tərəflər arasında iqtisadiyyat, ticarət, tikinti, səhiyyə, turizm, enerji və müdafiə sənayesi sahələrində mövcud əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə yeni müqavilələr imzalanacaq.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 60-cı ildönümündə həyata keçirilən səfər 2023-cü il dekabrın 16-da vəzifəsinin icrasına başlayan Küveyt Əmirinin qeyri-ərəb ölkəsinə ilk rəsmi xarici ziyarətidir. Bu, eyni zamanda yeddi illik fasilədən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilk səfərdir.

Türkiyə və Küveyt rəsmiləri arasında keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, o cümlədən ticarət, müdafiə sənayesi, turizm və investisiya kimi mühüm sahələr, eləcə də İsrail-Fələstin qarşıdurması başda olmaqla regional məsələlər müzakirə olunacaq.

Ötən il Küveytlə Türkiyə arasındakı ticarət həcmi təxminən 700 milyon ABŞ dolları təşkil edib. Hazırda əməkdaşlığın diversifikasiyası, yeni əməkdaşlıq mexanizmləri vasitəsilə qarşılıqlı ticarət və investisiyaların artırılması qarşıya məqsəd qoyulub.

Küveyt Xəbər Agentliyinin (KUNA) məlumatına əsasən, hazırda Türkiyədə 400-dən çox Küveyt şirkəti, Küveytdə isə 50-yə yaxın türk şirkəti fəaliyyət göstərir. Bunların əksəriyyəti inşaat sektorunu əhatə edir. Bu günə qədər Türkiyənin Küveytdə bu sahə üzrə həyata keçirdiyi layihələrin dəyəri 9,2 milyard dollara, Küveytin Türkiyəyə yatırdığı birbaşa investisiyaların dəyəri isə 2 milyard dollara çatıb.

Türkiyə Küveyt vətəndaşlarının turizm, müalicə və daşınmaz əmlak investisiyaları üçün ən çox üstünlük verdiyi ölkələrdəndir. Küveyt vətəndaşları Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ilk onluqdadır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam