Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İƏT-dən tarixi qərar - Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə -ŞƏRH

 

Mayın 5-də Qambiya Respublikasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammitinin yekununda “Banjul Bəyannaməsi” qəbul edilib. Sammit iki gün (4-5 may 2024-cü il) İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin prezidentləri və liderlərinin iştirakı ilə keçirilib. Sammitin yekununda qəbul edilən sənədə islam dünyasının əsas problemləri ilə yanaşı, Azərbaycanla da bağlı məsələ salınıb.

Yenixeber.org: Konfrans Əl-Qüdsdə, Fələstində, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarında maddi və qeyri-maddi İslam mədəni irsinin məhv olunmasını və onun təhqir edilməsini kəskin şəkildə qınayıb. Konfrans müasir Ermənistan ərazisindən zorla və sistemli şəkildə qovulmuş azərbaycanlıların taleyi ilə bağlı dərin narahatlığını ifadə edib və onların doğma yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarına İƏT üzv dövlətlərinin dəstəyini təsdiq edib. Banjul sammitinin yekun sənədinə Azərbaycanın verdiyi bütün düzəlişlər, o cümlədən, Qərbi azərbaycanlıların qayıdışı və Ermənistandakı İslam irsi barədə əlavə qəbul edilib. Ən mühüm məsələ odur ki, qayıdış barədə beynəlxalq təşkilat müstəvisində ilk dəfə belə qərar qəbul olunub.

Azərbaycan qarşıya qoyduğu məqsədlərinə, beynəlxalq ədalətin təmin olunmasına qanuni yollarla addım-addım yaxınlaşır. İƏT kimi mötəbər təşkilatın yekun sənədinə Qərbi azərbaycanlıların pozulan hüquqları ilə bağlı məsələnin salınması da çox mühüm nailiyyət hesab edilə bilər.

Qeyd edək ki, 2022-ci il dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasındakı tarixi çıxışında İkinci Qarabağ müharibəsindən sonrakı dövr üçün millət və dövlət olaraq əsas hədəfləri açıqladı: “Artıq tarixi ədalət bərpa olunub, otuz il işğal altında olan torpaqlarımız azad edilib. Bu 30 ildə haqsız yerə çoxlu məhrumiyyətlərə məruz qalmış məcburi köçkünlər artıq öz doğma yurdlarına geri qayıtmaq imkanı qazanıblar. Lakin məsələ bununla bitmir, bizim 300 min nəfərə yaxın Qərbi Azərbaycandan qovulmuş qaçqın soydaşlarımız hələ də öz ata-baba yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar və onlar mütləq öz evlərinə geri qayıtmalıdırlar”.

 

Dövlət başçısı onu da xüsusi olaraq qeyd etdi ki, bu qayıdış dinc yolla həyata keçirilməlidir, qaçqın soydaşlarımızın təhlükəsizliyi tam təmin edilməli və qayıdış ləyaqətli şəkildə olmalıdır.

Digər mühüm məsələ o oldu ki, Prezident Qərbi Azərbaycan İcmasına Qayıdış Konsepsiyasını hazırlamaq tapşırığı verdi. Xüsusilə qeyd etdi ki, bu Konsepsiya beynəlxalq hüquqa tam uyğun şəkildə hazırlanmalıdır.

Son iki ildə də bu istiqamətdə ciddi addımlar atılıb. Məsələn, ən mühüm olan odur ki, son bir ildə Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq müstəviyə çıxarılmasına müvəffəq olunub. Demək olar ki, dünyanın bir çox dövlət və qurumlarına müraciətlər ünvanlanıb, bəyanatlar səslənib. Belə ki, indiyədək Qərbi Azərbaycan İcmasının səkkiz sənədi artıq BMT-nin rəsmi sənədi kimi təşkilatın bütün rəsmi dillərində və quruma üzv olan bütün dövlətlər arasında yayılıb. Bu, dünya ictimaiyyətinin diqqətini Qərbi Azərbaycan həqiqətlərinə cəlb etmək baxımından çox böyük əhəmiyyətə malikdir. Qambiyada qəbul edilən sənəd də bu fəaliyyətin nəticəsidir. İƏT müsəlman ölkələrinin birliyi olsa da, qarşıdakı illərə bu məsələnin digər beynəlxalq təşkilatlarda müzakirəyə çıxarılacağına ümid etmək olar.

 

Xatırladaq ki, ilk dəfə Ulu Öndər Heydər Əliyev Qərbi azərbaycanlılarla bağlı ədalətsizliyə tarixi qiymət verib. Belə ki, o, deportasiyaya siyasi və hüquqi qiymət verilməsi məsələsini qarşıya vəzifə olaraq qoydu. Ümummilli Liderin vəsiyyətini bu gün Prezident İlham Əliyev yerinə yetirir, ata-baba torpaqlarından qovulan insanlara tarixi bəraət verilməsinə, onların varislərinin öz ata-baba yurdlarına qayıtmaq hüququnun Ermənistan dövləti, SSRİ-nin varisi olan Rusiya Federasiyası və dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına nail olmağa çalışılır.

Yeri gəlmişkən, ən mühüm nəticələrdən biri odur ki, son iki il ərzində dünya ictimaiyyətinin diqqətinin Qərbi Azərbaycan məsələsinə yönəldilməsinə nail olunub. Ən azı, Avropa İttifaqının Prezidenti Şarl Mişelin və UNESCO-nun Baş katibi Qərbi Azərbaycan İcmasının müraciətinə cavab verib. Halbuki UNESCO illərdir Azərbaycan mədəni irsinin ermənilər tərəfindən dağıdılmasına kar və kor qalmağa üstünlük verib. Mühüm məsələlərdən biri də Qərbi Azərbaycana qayıdış ideyasının gündəmə gətirilməsi idi.

Beləliklə, İƏT-in Qambiyada keçirilən toplantısında qəbul edilən qərarı hər mənada tarixi nailiyyət adlandırmaq olar. Ümid edirik ki, növbəti qərar BMT və digər beynəlxalq strukturlar səviyyəsində qəbul ediləcək. Beynəlxalq hüquq və ədalət də bunu tələb edir.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam