Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Lavrov:"ABŞ kütləvi təzyiqə keçib"

Lavrov: "ABŞ kütləvi təzyiqə keçib"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ı İranla nüvə sazişinin iştirakçılarına təzyiq göstərməkdə itiham edib.
Yenixeber.org: Bu barədə Lavrov RT agentliyinin suallarını cavablandırarkən deyib.

“Biz görürük ki, İranla nüvə razılaşmasının iştirakçılarına ciddi təzyiq edilir və ABŞartıq onların İranla ticarəti, o cümlədən bu ölkəyə müəyyən məhsulların göndərilməsi və İrandan neft məhsullarının alışının dayandırılmasının vacibliyi barədə ultimatumlar irəli sürür. Və onlara 60-90 gün vaxt verilib” , -deyə Lavrov bildirib.

Lavrov ABŞ-ın addımlarını “kütləvi təzyiq planı” adlandırıb. Həmçinin əlavə edib ki,ABŞ İranın nüvə proqramına dair hərtərəfli müştərək fəaliyyət planından çıxmaqla, bu sənədə olan bütün hüquqularını itirib.

Qeyd edək ki, daha öncə İran xarici işlər naziri Məhəmməd Cavad Zərif beynəlxalq hüquq və qaydaları pozmağın Vaşinqton üçün bir növ vərdişə çevrildiyini bəyan etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam