Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq”

 

“Hesab edirik ki, yaxın həftələrdə İranın nüvə proqramı üzrə hərtərəfli fəaliyyət planının icrasına başlanacaq”. 

"Xeberinfo.com":   APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər naziri Serqey Lavrov Moskvada iranlı həmkarı Cavad Zəriflə keçirdiyi görüşün yekunları  ilə bağlı danışarkən bildirib. 
 
“Bu plan İranın sülhyönümlü nüvə fəaliyyətlərini həyata keçirməsinə imkan verməklə yanaşı, həm də regionda etibarını gücləndirəcək, regional səviyyədə iqtisadi, siyasi münasibətlər yolundakı maneələrin aradan qaldırılmasını təmin edəcək”  - deyə rusiyalı nazir əlavə edib.
 
Sergey Lavrovun sözlərinə görə, Moskva və Tehran arasında 8 atom blokunun tikintisi ilə bağlı əldə olunan razılaşma İranın energetikasını gücləndirəcək. 
 
Suriyadakı vəziyyətdən danışan S. Lavrov Rusiyanın Suriya ilə bağlı mövqeyinin dəyişmədiyini və suriyalıların öz taleyini xarici müdaxilə olmadan həll etməli olduqlarını bildirib: “Bizim İraq və Yəmənlə bağlı mövqeyimiz də eynidir. Biz məsələnin dialoq çərçivəsində həll edilməsinin tərəfdarıyıq”.  
 
Naziri sözlərinə görə, görüşdə iki ölkə arasında istisadi-ticari əməkdaşlığa dair komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı razılıq əldə edilib. Həmçini viza rejiminin sadələşdirilməsi və hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub.
 
 
Cavad Zərif Sergey Lavrovu İrana dəvət edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam