Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

HƏRBÇİLƏR GÖRÜŞ ÜÇÜN NİYƏ MƏHZ BAKINI SEÇDİLƏR?–TƏHLİL

Vladimir Şerbakov,

“Müstəqil hərbi icmal”ın məsul redaktoru

“Nezavisimaya qazeta”, Rusiya, 20 aprel 2018-ci il

 

Yenixeber.org: Qərb “aqressiv Rusiya”nı öz düşmənlərinin və “yaramaz ölkələr”in siyahısına daxil etsə də, nəticədə bunun III Dünya Müharibəsinə gətirəcəyini əla anlayaraq, Moskva ilə öz arasında möhkəm, keçilməz dəmir pərdə qoymaq istəyi ilə alışıb yanmır. Bundan yayınmaq üçün tərəflər, heç olmasa, hərbi sferada mütəmadi olaraq, necə deyərlər, “saatlarını tutuşdurmalıdırlar”. Bunun üçünsə hərbi rabitə kanalları, heç olmasa yarımçıq, açıq tutulmalıdır.

Onlar bu gün məhz belə – yarımçıq açıqdır. Bax buna görə, Rusiya Baş qərargahının rəisi ordu generalı Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş silahlı qüvvələrinin baş komandanı general Kertis Skaparotti Bakıda görüşməli oldular.

Əgər görüş Moskvada olsaydı, bu, o mənaya gələrdi ki, ABŞ daxil olmaqla, NATO ölkələri, şübhəsiz, “Xəncər”lərdən, “Avanqard”lardan və “Poseydon”lardan həqiqətən qorxdular və Kremlə təzim etməyə gəldilər. Əgər görüş Brüsseldə və ya xüsusilə, okeanın o tayında olsaydı, o halda Donald Tramp həmən “Twitter”də yazardı ki, guya, Moskvanı o “əydi” və onu “Amerikanın gücü” qarşısında təslim olmağa məcbur etdi. Eyni zamanda əlavə edərdi ki, bu, 14 apreldə Suriyaya endirilən zərbənin nəticələri haqqında Amerika versiyasının doğru olduğunun sübutudur və bütün raketlər, hər halda, hədəfə və ya hədəflərə dəyib.

Neytral ərazidə – Bakıda görüşməklə isə, tərəflər öz mövqelərində qalıblar, eyni zamanda iş də görüblər –  hərbi doktrina və təlimlərlə bağlı problemləri müzakirə ediblər, həmçinin hərbi rabitə kanallarının bundan sonra da açıq saxlanması haqqında razılığa gəliblər.

“RİA” agentliyi NATO-nun mətbuat xidmətinə istinad edərək, göstərir ki, “Hərbi rəhbərlər proqnozlaşdırmanı və şəffaflığı təmin etmək üçün nəzərdə tutulan kanaldan istifadə etdilər. Danışıq mövcud durumla və təlimlərlə bağlı məsələlərə həsr edilmişdir. NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğun olan bu üzbəüz görüş, hərbi rabitə xəttinin saxlanmasına qarşlıqlı marağı aydın nümayiş etdirir”.

Digər tərəfdən, xatırlasaq ki, Bakı, tanınmış hüquqi varisi Rusiya olan keçmiş Sovet İttifaqının bir respublikasının paytaxtıdır, onda demək olar ki, Brüssel burda “dərini suya verib”.

Hərçənd, natoçular ““Agent 007″nin “döyüş şöhrəti yerləri”ni ziyarət etmək üçün Bakıya getmişdik” deyərək, həmişə “sudan quru çıxa bilərlər”. Axı, Ceyms Bond rolunda heyranedici Pirs Brosnanın və hətta cinayətkar qadın rolunda belə məftunedici olan Sofi Marsonun oynadığı “Bütün dünya da yetməz” filminin hadisələri məhz burda baş verir.

Bundan başqa, natoçular kələk gələcəklər – ““Bakı səhnələri” Britaniyanın Holton və Northolt, həmçinin Paynvud aviabazalarında çəkilib” deyəcəklər.

Lakin bütün bunlar, necə deyərlər, lirika və fantaziyalardır. Reallıqda isə general Gerasimov və Skaparotti mühüm iş gördülər, belə ki, alyansın mətbuat xidmətindən verilən məlumata görə, onlar gələcəkdə də hərbi rabitə kanallarından istifadəyə davam etmək barədə razılığa gəliblər. Və həqiqətən də, birbaşa öz təyinatı üzrə silah nümunələrini istifadə etməkdənsə, hərbi rabitə kanallarını istifadə etmək daha yaxşıdır.

Bu, kiçik mavi planetdə hamı üçün yaxşıdır…

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam