Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

ABŞ və Rusiya ordu komandanları görüşmək üçün Bakıya gəlir

ABŞ Silahlı qüvvələrinin qərargah rəisləri Komitəsinin sədri, general Cozef Danford sabah Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimovla görüşəcək.

Xeberinfo.com:    Bu sensasion məlumatı Pentaqonun rəsmi saytı yayıb. Pentaqon bildirir ki, görüşdə ABŞ və Rusiya arasında hərbi münasibətlərin mövcud vəziyyəti müzakirə olunacaq. “Generallar Danford və Gerasimov “potensial böhranların və yanlışlıqların aradan qaldırılması məqsədi ilə hərbçilər arasında aydın vı ardıcıl əlaqələrin mühümlüyünü” müzakirə edəcəklər”-Pentaqon bildirir.

Bu, ABŞ və Rusiya hərbi komandanlıqları arasında son illərdə baş tutan ən yüksək səviyyəli görüşdür. Və belə görünür ki, görüşün yeri kimi Azərbaycan paytaxtı seçilib. Bu, son vaxtlar ABŞ rəsmilərinin Bakıya etdiklərki bir neçə səfərin məqsədini də açır. Belə görünür ki, generalların görüşünün təşkili üçün hazırlıq işləri aparılırdı.

ABŞ-la Rusiya arasında hərbi əlaqələr Barak Obamanın adminitrasiyası dövründə tamamilə dayandırılmışdı. Tərəflər yalnız Suriya səmasında reydlər keçirən hərbi təyyarələrinin toqquşmaması və digər mümkün insidentlərin qarşısının alınması üçün əlaqələndirici zabitlər səviyyəsində təmas saxlayırdılar. İndi isə ABŞ ordu komandanı ilə Rusiya ordusunun Baş qərargah rəisi arasında görüşdən söhbət gedir. Bu görüş Donald Tramp administrasiyasının Rusiya ilə ilk yüksək səviyyəli təması da hesab oluna bilər. Hansı ki, hazırda Trampın administrasiyasında Rusiya ilə məxfi əlaqələrə görə ciddi qalmaqal yaşanır. Seçki kampaniyası dövründə və seçkilərdən sonra Tramp dəfələrlə deyib ki, İŞİD-in məhv edilməsi üçün Rusiya ilə tərəfdaşlığa hazırdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam