Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Köçəryandan Sərkisyana Qarabağ cavabı

 

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan prezident Serj Sərkisyanın Dağlıq Qarabağın Ermənistan ərazisi olmadığı və Gömrük İttifaqına Ermənistanla birlikdə daxil ola bilməyəcəyinə dair bəyanatına cavab verib.

 

   "Xeberinfo.com" saytı erməni mənbələrinə istinadən xəbər verir ki, R.Köçəryan S.Sərkisyanın Astanadan qayıdandan iki gün sonra, ötən şənbə günü verdiyi və müxalifətin sərt tənqidlərinə səbəb olan bəyanatı ilə bağlı köməkçisi vasitəsilə yaydığı açıqlamada bildirib: “Hansısa beynəlxalq təşkilata üzvlük Ermənistanla Dağlıq Qarabağ arasında baryerlər qoymağa haqq qazandıra bilməz”. 
     Qeyd edək ki, Ermənistanın Astanada təsis olunan Avrasiya İttifaqına ancaq BMT tərəfindən tanınmış indiki sərhədləri çərçivəsində daxil ola biləcəyini Azərbaycan prezidenti İlham Əliyev ittifaqı təsis edən ölkələrin prezidentlərinə göndərdiyi məktubda bildirib. Azərbaycan prezidentinin bu şərtini Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayev elan edib. Sərkisyan Nazarbayevin dediklərini eşidəndə olduqca pərt olub, sözügedən şərtlə bağlı heç bir reaksiya bildirməyib və İrəvana dilxor qayıdıb. Daha sonra bildirib ki, Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağla birlikdə getməsi mümkün deyil, çünki Dağlıq Qarabağ Ermənistan ərazisi sayılmır. Sərkisyanın bu bəyanatı erməni müxalifətinin kəskin tənqidlərinə səbəb olub. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam