Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Dağlıq Qarabağ Aİİ-yə daxil olmayacaq

 

“Ermənistan Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulduqdan sonra Dağlıq Qarabağ (Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisi – red.) bu ittifaqa qoşulmayacaq”.

"Xeberinfo.com":  Trend-in BELTA-ya istinadən verdiyi məlumata görə, bunu Belarus xarici işlər nazirinin birinci müavini Aleksandr Mixneviç bu gün Ermənistanın Aİİ-yə qoşulması haqqında müqavilənin paraflanmasına dair qanun layihəsini təqdim edərkən bildirib.

Nazir müavini izah edib ki, Ermənistan tərəfi bu məqama şərt qoyan nota hazırlayıb:“Bizim Ermənistanın tərkibinə daxil olmayan ərazilərin Gömrük İttifaqının tərkibində ola biləcəyi ilə bağlı narahatlığımız var idi. Ermənistan tərəfi bu tələbi anlayışla qəbul etdi. Dağlıq Qarabağın Ermənistan ərazisi olmaması ilə bağlı nota müqaviləyə əlavə edildi. Ermənistan tərəfinin rəsmi şifahi bəyanatı verildi”.

O, qeyd edib ki, Ermənistanı Gömrük İttifaqının de-fakto iştirakçısı və Aİİ-nin gələcək üzvü etmək üçün hər hansı maneə yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam