Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Parlamentə yeni sədr, sədr müavinləri seçiləcək

milli_mesliss_7taBu2Q

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir qədər öncə 1 noyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiq edib.

Xeberinfo.com:   Məlumata görə, bu gün V çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Bir qədər öncə parlamentin yeni tərkibinə daxil olan deputatlara çağırış da göndərilib. Bu gün Milli Məclisin yeni deputatlarına deputat mandatları təqdim ediləcək.

Qeyd edək ki, seçkilərin nəticəsində 125 deputat yerindən 124-də millət vəkili elan olunub. Yalnız 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticəsi ləğv edilib. Həmin dairədə “Azəriqazbank”ın sahibi, bitərəf Çingiz Əsədullayev qalib elan edilmişdi.
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açmalı, yeni seçilən deputatların siyahısını oxumalı və sədr seçilənədək birinci iclası aparmalıdır. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək.
Bugünkü iclasda parlamentin yeni sədri ilə yanaşı, sədr müavinləri, komitə sədrləri də müəyyənləşəcək.
Milli Məclisin qalib elan edilmiş yeni üzvləri arasında ən qocaman deputatı isə xalq artisti, bitərəf Zeynəb Xanlarovadır. 1936-ci il təvəllüdlü (79 yaş) Zeynəb Xanlarova növbəti 5 il müddətinə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat seçilib.
Amma Zeynəb Xanlarovanın V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcəyi şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də o zaman IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı kimi Zeynəb Xanlarova deyil, Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
Çox gümanki, Zeynəb Xanlarova bu dəfə də iclası açmaq səlahiyyətini Fəttah Heydərova güzəştə gedəcək…

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam