Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Sabah təkrar parlament seçkiləri keçiriləcək

agdas aqdas seki 90 daire

 

Sabah 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilər keçiriləcək.

 

Xeberinfo.com:   “Report”un xəbərinə görə, səsvermə iyunun 18-də saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq.
Həmin seçki dairəsi üzrə 7 namizəd qeydə alınıb. Namizədlərdən Cavid Osmanov hakim Yeni Azərbaycan Partiyasını (YAP) təmsil edir. O, partiyanın Ağdaş rayon təşkilatının sədridir. Ümid Partiyasının sədri İqbal Ağazadə də bu dairədən namizəddir. Digər namizədlər isə bitərəfdir.
90 saylı Ağdaş seçki dairəsinin 2, 4, 5, 9, 10, 11, 13, 17, 20 və 21 saylı məntəqələrində veb-kameralar quraşdırılıb.
Bötüvlükdə seçkiləri 500-dən artıq yerli müşahidəçi izləyəcək. Seçkilərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinə daxil olan deputat Alan Desteks (Alain Destexhe) və AŞPA-nin Azərbaycan üzrə Monitorinq komitəsinin həmsədrləri, avstriyalı deputat Ştefan Şennax (Stefan Schennach) və rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) müşahidə aparacaq. AŞPA-nı təmsil edən, ümumilikdə, 5 nəfər Mərkəzi Seçki Komissiyasından müşahidəçi kimi qeydiyyatdan keçib.
Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri 2015-ci ilin noyabrın 1-də keçirilib. Noyabrın 17-də MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv olunması haqqında qərar qəbul edib. Bu qərar həmin dairədə qeydiyyata alınmış digər namizədlərin müraciəti əsasında qəbul olunub. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, “AGBank” Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
Sonra Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam