Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Öz işinin öhdəsindən gələ bilməyən bələdiyyələr birləşməlidir”

 

Baş nazir Artur Rasizadə “Bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında” qərar verib.

"Xeberinfo.com":  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az-a açıqlamasında baş nazirin bu addımını doğru qiymətləndirdiyini deyib.

“Baş nazir Artur Rəsizadənin bələdiyyələrlə bağlı sərəncamı çox doğru addımdır. Bu qanunauyğun haldır ki, heç vaxt öz vəzifələrinin öhdəsindən gələ bilməyən bələdiyyələr birləşməlidir. Bunu mütəxəssislər də, rəhbər orqanların nümayəndələri də dəfələrlə deyiblər. Hörmətli baş nazirin sərəncamında da öz vəzifəsini yerinə yetirə bilməyən bələdiyyələrin birləşməsi  öz əksini tapıb. Bu qərara çox düzgün və təbii baxıram”.

Deputatın fikrincə, bu proses dünyada da mövcuddur.

“Bütün dünyada bələdiyyələrin timsalında  kiçik və öz fəaliyyətlərini qura bilməyən, maliyyə cəhətdən zəif olan bələdiyyələr  tədricən birləşiblər. Bu zaman iri və bazası möhkəm olan bələdiyyələr yaradılıb. Bununla da, sosial-iqtisadi problemləri həll etməyə nail olublar. Bu da təbii prosesdir. Sözsüz ki, bu proses  Azərbaycanda da baş verməli idi. Ona görə də respublikada ilk dəfə bələdiyyələr yarananda demokratik təsisat olduğuna görə, bütün yaşayış məntəqələrinin vətəndaşlarına seçkilərdə ixtiyar verildi ki, onlar istənilən məntəqədə bələdiyyə seçsinlər və onun formalaşmasına kömək etsinlər. Sonrakı nəticələr göstərdi ki, bu kiçik bələdiyyələr özlərini doğrulda bilmir. Onların maliyyə bazası çox zəifdir, mülkiyyəti yoxdur. Ona görə də bu proses 2008-ci ildə də baş verdi, 1000-dən artıq bələdiyyə ləğv olundu”.

Nazirlər Kabinetinin qərarına görə, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” qanunun tətbiqi barədə” ölkə prezidentinin sərəncamına əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, müvafiq komissiyalar yaradılır.  

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam