Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"JEK"-lər ləğv olunacaq

 

Azərbaycanda mənzil-istismar sahələri bir müddət sonra ləğv olunacaq.

 

"Xeberinfo.com":   Məlumata gtörə, bunu Trend-ə açıqlamasında Milli Məclisin Regional məsələlər Daimi Komitəsinin sədri Arif Rəhimzadə deyib.

Komitə sədrinin sözlərinə görə, avqustun 31-də prezident İlham Əliyev tərəfindən yaşayış yeri üzrə arayışların verilməsi və digər məsələlərlə bağlı imzalanan fərmanla bələdiyyələrin və mənzil-istismar sahələrinin üzərindən böyük bir yük götürüldü: “Bələdiyyələr mənzil-istismar sahələrinin sənədləşmə sahəsindəki funksiyalarını üzərlərinə götürsəydilər, bu, bələdiyyələr üçün böyük yük olardı. Cənab prezident bu məsələni asanlaşdırdı. Yenilik gələcəkdə bələdiyyələrin səlahiyyətlərinin genişləndirilməsinə bir siqnaldır. Yaxın gələcəkdə bələdiyyələr mənzil-istismar sahələrinin digər səlahiyyətlərini də üzərlərinə götürə bilsələr, o halda mənzil-istismar sahələri kənarda qalacaqlar. Qanunvericiliklə bələdiyyələrə belə hüquqlar verilib”.

A.Rəhimzadə qeyd edib ki, çoxlarının “jek” adlandırdığı mənzil-istismar sahələri gec-tez ləğv olunacaq: “Azərbaycan Respublikasının Mənzil Məcəlləsində mənzil-istismar sahələrinin ümumiyyətlə adı yoxdur. Amma onların icra edəcəyi funksiyaları qalır. Dövlət başçısı bu funksiyaların böyük bir hissəsini “ASAN xidmət”ə verdi. Əgər bələdiyyələr digər funksiyaları da ö üzərinə götürsələr, mənzil-istismar sahələri tədricən sıradan çıxmış olacaq. Sadəcə, bunun üçün bələdiyyələrin daha fəal olmaları lazımdır. Mənzil-istismar sahələrinin nə vaxt tam sıradan çıxacağını dəqiq demək mümkün deyil. Proses yerindən asılı olaraq, müxtəlif formalarda baş verə bilər. Bu, həmin yerlərdə bələdiyyələrin nə dərəcədə fəal olacağı və prosesin hansı sürətlə getməsindən asılı olacaq. Hesab edirəm ki, gələcəkdə bələdiyyələr Azərbaycanın inkişafında mühüm rol oynayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam