Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Bələdiyyələri torpaq satan qurum kimi tanıyırdılar"

 

"Əgər bələdiyyələr imiclərini bərpa etmək istəyirlərsə, özləri tərəfindən də hərəkət olmalıdır".

Xeberinfo.com:   Məlumata görə, bu fikri Milli Məclisin sədri Oqtay Əsədov fevralın 12-də parlamentdə bələdiyyələrin fəaliyyətinin illik hesabatı ilə bağlı keçrilən dinləmələrdə səsləndirib.

Spiker deyib ki, ilk dövrlərdə bələdiyyələr haqqında cəmiyyətdə neqativ fikir formalaşmışdı: "Bələdiyyələri torpaq satan qurum kimi tanıyırdılar. Hesab edirəm ki, artıq bu fikirlərdən uzaq olamalıyıq. Düzdür, bələdiyyələrin normal fəaliyyəti üçün lazımı şərait yaradılmalıdır. Ancaq bələdiyyələr haqqında fikrin dəyişməsində onlar tərəfdən də müəyyən hərəkət olmalıdır”

O.Əsədov qeyd edib ki, lazım olsa, bəzi təşkilatlara tapşırıq vermək olar ki, onlar bələdiyyələrə vergi yığmaqda yardım etsinlər.

Onun sözlərinə görə, bələdiyylər indiyədək fəaliyyətini sistemli şəkildə qura bilmədiyindən onalrın fəaliyyəti ortada görünmür: “Axı onlar hərəkət etməldirir ki, onalra da müəyyən dəstək olsun”. 

Regional komitəsinin sədri Arif Rəhimzadə isə bildirib ki, bu gün bələdiyyələr vergi toplaya bilmədiyindən ciddi maliyyə probblemləri ilə üzləşirlər: “Bələdiyyələr topladığı az miqdarda vəsait isə Sosial Müdafiə Fondu tərəfindən əllərindən alınır. İşçilərinə əmək haqqı verə bilmir.Ona görə də hesab edirəm ki, bələdiyylərə dövlət səviyyəsində yardım edilməlidir və ən azından dövlət səviyyəsində onlara subvensiyalar verilməlidir”.

Rəhimzadənin sözlərinə görə, bu gün respublikanın bütün bölgələrində yeni hündürmərtyəbəli binalar tikilsə də, binalar istismara alınmadığından vətəndaşlar orada qeydiyyata alınmırlar: “Nəticədə vətəndaş da vergi verilmir.”

Dövlət qurumalrının bələdiyyələrin fəaliyyətinə biganəlikdən gileylənən A.Rəhimzadə bildirib ki, yeganə olaraq Nazirlər Kabineti müraciətlərə cavab verir, ancaq nazirliklər etdiyimi müraciətlərə reaksiya da vermir:

“Parlamentdə iradlar səslənir, ancaq bunu özümüz deyib, özümüz eşidirik. Təklifim var ki, bələdiyylərin fəaliyyəti ilə bağlı aidiyyyatı orqanlara müraciət edək, əgər ühnərimiz çatarsa, onlardan cavab tələb edək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam