Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Daha bir maarifləndirici tədbir - Kürdəmirdə (FOTOLAR)

 

Daha bir maarifləndirici tədbir - Kürdəmirdə (FOTOLAR)

 

Bu gün rayon İcra Hakimiyyətinin akt zalında Kürdəmir Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin təşkilatçılığı ilə “Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması” ilə bağlı maarifləndirici tədbir keçirilib.   

Xeberinfo.com:   Tədbirdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev,Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli,idarə müəsissə və təşkilat rəhbərləri, ərazi dairələri üzrə icra nümayəndələri və bələdiyyə sədrləri, torpaq mülkiyyətçiləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Ağali Kərimli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları haqqında məlumat verdi.

Tədbirdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirdi ki, görülən işlər Azərbaycan Respublikası Prezidentinin torpaqların elektron uçotunun aparılması ilə bağlı tapşırıqlarına və 2016-cı il 7 mart tarixli Fərmanına əsasən həyata keçirilir. Fərmanda torpaq münasibətlərinin səmərəli tənzimlənməsi istiqamətində torpaqların elektron kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və ölkə üzrə rəqəmsal kadastr xəritələrinin tərtibi qaydaları da əksini tapıb. Eyni zamanda, Fərmana əsasən, torpaqların elektron uçotu ilə əlaqədar ictimaiyyətin maarifləndirilməsi, görülən işlər barədə məlumatlandırma tədbirlərinin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

Daha bir maarifləndirici tədbir - Kürdəmirdə (FOTOLAR)

Sözçü qeyd edir ki, müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə hazırda dövlət, xüsusi və bələdiyyə mülkiyyətində olan bütün kateqoriyalı torpaqların elektron uçotu aparılır. Diqqətə çatdırılıb ki, elektron kadastr xəritələrinin tərtibi işləri həyata keçirilir. 2019-cu ilin sonunadək ölkənin 3 milyon 200 min hektar ərazisində dəqiq torpaq uçotu işləri aparılacaq. Sözçü uçot sisteminin gələcək nəticələri və ölkə iqtisadiyyatına səmərəsi barədə məlumat verib. Bildirib ki, 2020-ci ilə Azərbaycanın bütün torpaqlarının uçotu işi yekunlaşacaq, torpaqlar təkcə kəmiyyətinə görə deyil, eyni zamanda, keyfiyyət göstəricilərinə görə də uçota alınacaq. Bu sistemin mövcudluğu və rəqəmsal kadastr xəritələrinin istifadəyə verilməsi, ölkədə kadastr xidmətinin də bütövlükdə elektron xidmətlər sırasına keçməsinə şərait yaradacaq.

Sistem özündə torpaqların dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar əks etdirir. Həmçinin Sistem torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri müəyyən etməyə, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadə və onların mühafizəsinə nəzarət etməyə imkan verir. Torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində səmərəli tədbirlərin görülməsinə, torpaq ehtiyatlarının kəmiyyət göstəricilərini müəyyənləşdirməyə, torpaq balansını tərtib etməyə zəmin yaradır.

Qeyd edib ki, bu işlərin Kürdəmir rayonu ərazisində icrası 2016-2017-ci illər ərzində həyata keçiriləcək.

Tədbirdə torpaqların elektron kadastr uçotu sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı slayd şou nümayiş etdirilib.

 

Sonda məsələ ilə əlaqədar suallar cavablandırılıb, müzakirələr aparılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam