Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Dini radikalizm–dini ekstremizm və onun fəsadları” mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)

 

Bu gün Kürdəmir rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Kürdəmir rayon Polis İdarəsinin və DTX-nin Kürdəmir rayon İdarəsinin birgə təşkilatçılığı ilə Kürdəmir şəhərində “Dini radikalizm – dini ekstremizm və onunfəsadları” mövzusunda tədbir keçirilib.

Xeberinfo.com:  Tədbirdə Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, rayon Polis İdarəsinin əməkdaşı Nizami Abbasov, DTX-nin Kürdəmir rayon idarəsinin əməkdaşı Kamran Dadaşov, rayonun səhiyyə işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Kürdəmir rayon icra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov mövzu ilə bağlı çıxış edib. O, dini radikalizm və onun fəsadları, onun cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri, habelə dini radikalizmə qarşı mübarizə metodları barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və radikalizm ilə mübarizədə cəmiyyətin dəstəyinin vacib rol oynadığını qeyd edib.

Tədbirdə “Dini radikalizmin yaranma səbəbləri və onun fəsadları” mövzusunda çıxış edən DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, radikal qrupların tarix boyu müsəlmanlara zərbə vurduqlarını, İslam dünyasının geriləməsinə səbəb olduqlarını, İslamın təkcə başqa dinlərin mənsublarına qarşı raddikal mövqeyə deyil, həyatın hər sahəsində raddikallığa qarşı çıxdığını vurğulayıb.

Daha sonra çıxış edən DTX-nın Kürdəmir rayon şöbəsinin əməkdaşı Seymur Müslümov, rayon Polis İdarəsinin əməkdaşı Urman Ağayev dini ekstremizmə və terrorçuluğa qarşı mübarizə metodları, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilməkdə olan tədbirlərdən danışıb.

 

İştirakçıları maraqlandıran sualların cavablandırılması ilə tədbir öz işini yekunlaşdırmışdır.

“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)
“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)
“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)
“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)
“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)
“Dini radikalizm–dini ekstremizm və onun fəsadları”  mövzusunda tədbir - Kürdəmirdə (FOTOLAR)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam