Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Mətanət-A” şirkətinin prezidentinə ağır ittihamlar:“Məni girov götürüb…” (VİDEO)

 

 

Yenixeber.org: “Mətanət-A” tikinti şirkətinin prezidenti Elxan Bəşirov dayısının mülklərini və bütün sərvətini əlindən alıb. Bu barədə  şirkət rəhbərinin dayısı oğlu Altay Bayramovməlumat verib. O, E.Bəşirovun onun ailəsinə qarşı qərəzli olduğunu və bu səbəbdən illərdir ki, onlara zülm etdiyini deyib:
“Uzun müddət “Mətanət-A” şirkətində çalışmışam və son işim şirkətin cənub bölgəsinin satış təmsilçisi olub. 2015-ci ildə atam Ərəstun Bayramovun (Elxan Bəşirovun dayısı) Lənkəran-Lerik yolunun 36-cı km-də yerləşən ərazidə istirahət mərkəzi tikməsi Elxan Bəşirovda ailəmizə qarşı nifrət hissi oyadıb. Belə ki, onun həmin ərazidə olan bütün torpaqları almaq məqsədi var imiş. Atamın ona, “yerin pulunu ver, götür”, deməsi Elxan Bəşirovu daha da qəzəbləndirib. Bu hadisədən sonra Bəşirovun qara mühasibatlığını aparan qardaşım Ziyatay Bayramov işdən qovulub və mənimlə əsl müharibəyə başlayıb”.
Elxan Bəşirov
Şikayətçinin sözlərindən belə çıxır ki, şirkət uzun illər vergidən yayınıb. Altay Bayramov bildirib ki, Elxan Bəşirovun saxladığı qoçu dəstəsi onu girov götürərək şirkətin “Luxen Plaza”da yerləşən satış ofisində hədə-qorxu ilə müxtəlif sənədlərə qol çəkməyə məcbur ediblər.
“Elxan Bəşirov qoçuları vasitəsilə mənə məxsus sənədləri, şəxsi netbukumu, Xırdalan şəhərində yerləşən evimizin sənədlərini, işlədiyim müddət ərzində apardığım iş hesabatını və şirkətdə 12000 manat depozitimin olmasını təsdiq edən sübutları ələ keçirib. Girovluqda olduğum zaman Elxanın mühafizə rəisi Yalçın İbayev məni başımdan vuraraq, xəstəxanalıq edib. Bəşirovun hədələrindən qorxub səsimizi çıxarmırdıq, amma indi əlimizdə heç nəyimiz qalmayıb. 2016-cı ildən bu günə qədər Xırdalan şəhəri, H.Aslanov küçəsi 90 ünvanında yerləşən evimiz Elxan Bəşirovun girovluğundadır və Elxanın qoçu dəstəsi bizi evimizə daxil olmağa qoymur”.
Şikayətçi bununla bağlı videomaterial da göndərib. Həmin videomaterialı təqdim edirik:
Məsələ ilə bağlı “Mətanət-A” şirkətindən Qaynarinfo-ya bildirilib ki, rəhbərlik haqqında deyilənlər həqiqətə uyğun deyil və Altay Bayramov şirkətə külli miqadarda ziyan vurduğu üçün işdən çıxarılıb: “Bayramov Altay “Mətanət-A” şirkətində satış təmsilçisi kimi işlədiyi dövrdə külli miqdarda mənimsəmə əməli törədib. Bu, Bayramov Altayın özünün iştirakı ilə, müştəri izahatları ilə, müstəqil auditor rəyi və Bayramov Altayın özünün izahatı ilə təsdiqlənib. Həmin tarixdən bəri, Bayramov Altay Ərəstun oğlu mütəmadi olaraq şirkətə dəyən zərərin əvəzini ödəyəcəyini bildirsə də, dəymiş ziyan indiyədək ödənilməyib. Ona görə də, Bayramov Altay Ərəstun oğlunun vəzifəsindən sui-istifadə etməklə yol verdiyi mənimsəmə əməllərinə hüquqi qiymət verilməsi və “Mətanət A” şirkətinə vurulmuş ziyanın aradan qaldırılması üçün iş Bakı şəhər Prokurorluğuna  göndərilib. “Mətanət–A” şirkətinin hüquqi ünvanı Bakı şəhərində yerləşir. Bu faktı Vergilər Nazirliyinin rəsmi saytından da dəqiqləşdirə bilərsiniz. Ona görə işə qanunvericiliyə uyğun olaraq Bakı şəhər Prokurorluğunda baxılmalıdır.
Həmin şəxsin öz qanunsuz əməllərini aradan qaldırmaq əvəzinə “Mətanət-A” şirkətinin rəhbərliyi, həmçinin öz vəzifələrini icra edən dövlət orqanları haqqında qarayaxma və böhtan  xarakterli heç bir əsası olmayan iddiaları tamamən əsassızdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam