Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

Azərbaycanlı 8 kiloluq şişindən Türkiyədə qurtula bildi- FOTOLAR

Azərbaycanlı 8 kiloluq şişindən Türkiyədə qurtula bildi – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda yaşayan və boynunda 8 kiloluq şiş gəzdirən Mikayıl Mustafayev 3 dəfə Azərbaycan və başqa ölkələrdə əməliyyat olunduqdan sonra Türkiyədə 7 saat davam edən əməliyyatdan sonra şişdən azad olub.

Yenixeber.org Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəyə əlil arabasında gəldiyini deyən Mustafayev xəstəxanadan ayaüstə çıxdığını, çox xoşbəxt olduğunu deyib:

“Boynumda şiş yarananda həkimə getdim. Azərbaycanda həkimlər xərçəng diaqnozu qoydu. Kimyaterapiyalara getdim, əməliyyat olundum, ancaq düzəlmədi. Son 7 ayda boynumdakı şiş daha da böyüdü. Gecələr yata bilmirdim, gəzə bilmirdim, paltarlarımı geyinən zaman çətinlik çəkirdim. Həkimlərimin məsləhəti ilə Türkiyəyə gəldim. Çox şükür yaxşıyam. Həkimlərə təşəkkür edirəm”.

Türkiyədə əməliyyatı nə az, nə çox düz 5 həkim – döş cərrahı Prof.Dr.C.Asım Kutlu, beyin və sinir cərrahı Dos.Dr.Mete Karatay və Dr.İdris Sertbaş, KBB mütəxəssisi Dr.Mehti Şalvız və plastik cərrah S.Cenk Şen gerçəkləşdirib.

Həkimlərin dediyinə görə, xəstənin sol çiynində yerləşən və başından 2 dəfə böyük olan şişin artıq çürüdüyü və ətrafa iy verdiyi bildirilib. Bunun üçün xəstənin müalicəyə deyil, sadəcə cərrahi müdaxiləyə ehtiyacı olduğu xüsusi vurğulanıb.

 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?