Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan tibbinin dərdi nədir?

 

 

İctimai rəy bizim tibbin diaqnozunu qoyub: milli səhiyyə sistemi acınacaqlı vəziyyətdədir. Onun reanimasiyası üçün təcili tədbirlərə ehtiyac var. Bu rəy çoxsaylı faktlarla əsaslandırlır.
 
Yenixeber.org:35 yaşlı Mikayıl Mustafayev bir neçə il boynunda bir neçə kiloqrama qədər böyüyən şişdən əziyyət çəkib. O, başını çevirə bilmirdi, boynu həmişə ağrıyırdı, ağrı kürəyinə və bazu önünə vururdu.
"Bakıda həkimlər mənə bədxassəli şiş müalicəsi edirdilər, kimyəvi terapiya kursu təyin etmişdilər, daha sonra üç dəfə əməliyyat etdilər. Heç bir yaxşılaşma yox idi. Şiş böyüməyə davam edirdi. Yata bilmirdim, normal yeyə bilmirdim, sol qolumu hərəkət etdirə bilmirdim. Təcili Türkiyəyə getdim. Orada müayinə etdilər, əməliyyat etdilər. İndi hər şey normaldır, sağlamam. Türkiyə mütəxəssislərinə minnətdaram", deyə medicina.az saytı Mustafayevə istinadla yazır.
Bu yaxınlarda "faytonçu Nazim" kimi tanınan müğənni Nazim Pişyarı da buna bənzər vəziyyətə düşüb. Paytaxt klinikalarında uğursuz müalicədən sonra İsrailə və Türkiyəyə getmək məcburiyyətində qalıb. Orada həkimlər müğənnini həyata qaytarıblar.
Xəzər telekanalında efirə çıxan "Kölgə" serialında baş rollardan biri ilə məşhur olan gənc aktrisa Mila Əminəni xilas etmək mümkün olmayıb. Qafqazinfo.az saytının məlumatına görə, o, bir ay güclü baş ağrılarından şikayət edib, məlum olub ki, beyninə irin yığılıb. Amma yerli həkimlər səhv diaqnoz qoyublar və müalicə fayda etməyib. O, Türkiyədəki klinikaya getdikdə isə artıq gec idi...
64 yaşlı Bakı sakini Allahverdi Rzayev ədalətə nail olmaq ümidi ilə Səhiyyə Nazirliyinin və Baş Prokurorluğun "kandarını çıxarır". Bu ilin əvvəllərində o, belində ağrı şikayəti ilə paytaxtın Sabunçu rayonundakı 3 saylı xəstəxanaya müraciət edib. Onu MRT çəkdirməyə və digər təhlilləri verməyə göndəriblər. Sonra onu əməliyyat ediblər, tezliklə normal gəzə və hətta qaça biləcəyinə inandırıblar. Bütün bunlar ona 1000 manata başa gəlib. Bir neçə ay sonra o, yenə belində güclü ağrılarla həmin xəstəxanaya gedib. Bu dəfə həkim ona başqa diaqnoz qoyub və etiraf edib ki, əməliyyat əbəs olub. Bu gün Allahverdi kişi ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini istəyir. Onun buna nail olub-olmayacağı böyük bir sual altındadır.
Azərbaycanda məşhur olan və olmayan insanların başına gələn belə faktları Facebook və İnstagram sosial şəbəkələrində, populyar saytlarda çox tapmaq olar. Amma, məlum olub ki, Gürcüstanda da, İran və Türkiyədə də Azərbaycanlı həkimlərin səriştəsinin az olduğunu bilirlər. Bu günlərdə, modern.az saytının məlumatına görə, Tbilisidə New Hospitals xəstəxanasının baş direktoru, tibb müəssisələrinin layihələsinin hazırlanması üzrə mütəxəssis Nika Okriaşvili Azərbaycandan Gürcüstana xəstə axınından danışıb.
"Azərbaycanda Gəncə şəhəri var. Orada taksi sürücüləri Tbilisidəki klinikaların yerini bilirlər və oralara onlarla xəstə gətirirlər. Hesablamalara görə, təkcə Gəncədən və ona yaxın rayonlardan hər il 8 min xəstə Gürcüstana müalicəyə gəlir. Azərbaycanın pulu çoxdur. Orada böyük xəstəxanalar tikilib. Amma insanlar müalicə üçün Tbilisiyə gəlirlər", deyə Okriaşvili bildirib. Onun sözləri zalda hamının gülüşünə səbəb olub.
Bizim vətəndaşlar sağlamlıq problemləri ilə artıq İran,Türkiyə, Rusiya, Almaniya yollarını da tutublar. Ölkə və klinika seçimi xəstənin maliyyə imkanından asılıdır.
Bakıda xəstələrin xaricə göndərilməsi üzrə ixtisaslaşan turizm firmalarından birinin meceneri Nərminə Abbasova qeyd edir ki, Avropaya müalicəyə əsasən yüksək vəzifəli məmurlar və parlamentin deputatları gedirlər. Digər kateqoriyalı vətəndaşlar isə qonşu ölkələrə gedirlər. Bu tendensiya güclənir. Orada müalicə kursu bahadır, amma səmərəlidir. Bu faktlar gec və ya tez hamıya məlum olur. İnsanlar düşünürlər ki, öz sağlamlıqlarını Azərbaycan həkimlərinə etibar etmək risklidir.
Əsaslı bir sual yaranır: ölkədə onlarla klinika və tibb mərkəzi müasirləşdirilib, müasir avadanlıq alınıb. Bu qədər xərc nəyə lazımdır və bu göstəriş kimə lazımdır?
Müstəqil ekspert Samir Əliyev vəziyyəti maliyyə səbəbləri və iqtisadi səbəblərlə izah edir.
"Səhiyyə sahəsində əhəmiyyətli maliyyə defisiti müşahidə olunur. Həkimlərin əmək haqları aşağı olaraq qalır. Həkimlərin işi layiqincə qiymətləndirilmir və onlar bunu başa düşürlər. Öz öhdəliklərinə və hər cür bəhanə ilə pul qoparmağa çalışdıqları xəstələrinə münasibətləri də bundan irəli gəlir. Daha bir təhlükəli simptom: səhiyyə sistemində işləyənlərin sayı sürətlə azalır. Yaxşı mütəxəssislər xaricə gedir. Kadrların aşağı hazırlıq səviyyəsi, korrupsiya ciddi problemdir. Bütün bu amillər bu sahənin fəaliyyətinə mənfi təsir göstərir. Tibb işçilərinin əmək haqqının artırılması, onların səriştəsinin artırılması haqqında düşünmək lazımdır", deyə Əliyev qeyd edir.
Səhiyyə sisteminin bütün səviyyələrinə xəstəyə yönəlmiş yeni düşüncə tərzi və yeni mədəniyyət gəlməsi çox vacibdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam