Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İnsan alverçisi Vəfanın iki ölkədəki macəraları… —FOTO

 

685c8580a099c24c1c79c9729a226b25Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq orada cinsi istismara məruz qoyan qadın həbs edilib.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vəfa Mürşüdova saxlanılıb.

Vəfa Mürşüdovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.

Orada işə düzəltmək adı ilə apardığı qadınları zorla kişi müştəriləri ilə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınları isə döyüb, onlara işgəncə verib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəldə insan alveri törətdiyi üçün məhkum olunub.

Həbsdən çıxan Vəfa yenidən eyni əməllərini davam etdirib.

Vəfa Mürşüdovanın barəsində istintaq davam edir.(ölke)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam