Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Qadınları Dubayda satan şəxsə hökm oxundu

Qadınları Dubayda satan şəxsə hökm oxundu

 

 

Azərbaycanlı qadınları Türkiyə və Dubaya apararaq orada cinsi istismara məruz qoyan Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Yenixeber.org: Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Vəfa Mürşüdova 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini Vəfa Mürşüdova saxlanılıb, barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə barəsində axtarış elan edilib.

Məlum olub ki, Vəfa Mürşüdova qadın alveri ilə məşğul olması üçün mütəşəkkil dəstə yaradıb. O, dəstə üzvlərinin vasitəsi ilə qadınları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparıb.

Orada işə düzəltmək adı ilə apardığı qadınları zorla kişi müştərilərlə görüşmələrini tələb edib. Tələbini yerinə yetirməyən qadınlara isə döyərək işgəncə verib.

İstintaq araşdırması zamanı məlum olub ki, Vəfa Mürşüdova əvvəllər məhkum olunub. O, bir neçə il əvvəl də insan alveri törətdiyi üçün məhkum olunub. Həbsdən çıxandan sonra da eyni əməllərini davam etdirib.

Vəfa Mürşüdova törətdiyi əməli etiraf edib.

Daha sonra bu cinayət işinin istintaqının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam