Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İnsan alveri ilə bağlı statistika

 

Azərbaycanda insan alverinin qurbanlarının daha çox hansı ölkələrə aparıldığı məlum olub. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə bu gün Milli Məclisdə insan alverinə qarşı mübarizə üzrə milli koordinator, daxili işlər nazirinin müavini Vilayət Eyvazov məlumat verib.
O, Azərbaycanın insan alverinə qarşı mübarizəsi ilə bağlı 2014-cü il üzrə hesabatını təqdim edərkən bildirib ki, müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb.
Müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunmuş 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib.
Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb. Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zerərsizləşdirilib.
Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib.
Həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib. Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilib, о cümlədən 5-i “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının müvəqqəti sığınacağına yerləşdirilib.
Müvafiq tədbirlərlə, həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görülüb.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülüb.
İnsan alveri cinayətləri törətməkdə təqsirləndirilən və ya şübhəli şəxslərin eyniləşdirilməsinə dair “İnterpol”a üzv dövlətlərdən daxil olan 50-dən çox sorğu cavablandırılıb, eyni zamanda, kütləvi informasiya vasitələrində və internet səhifələrində xarici dövlətlərdə işləməklə bağlı təkliflər araşdırılıb. (Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam