Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoyan qadın apellyasiya şikayəti verib

 

 

Bakı Apellyasiya Məhkəməsində azərbaycanlı qadınları Dubaya apararaq cinsi istismara məruz qoymaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Vəfa Mürşüdovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəiqiqləşdirilib.

Məhkəmənin növbəti iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, ötən il V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib.

O, 2017-ci il sentyabrın 22-də Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam