Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Samir Abasov:"Son matçları həddindən artıq pis keçiririk”

 

Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik 

“Həmişəki kimi “Keşlə” ilə oyun ağır keçdi. Sevindirici haldır ki, udduq. Amma hər iki hissədən narazı qaldıq. Yorğunuq, özümüzə gələ bilmirik. Xarakterin hesabına qalib gəldik. Amma bu bizi sakitləşdirmir. Son matçları həddindən artıq pis keçiririk”.

Yenixeber.org: Bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda evdə “Keşlə”yə 2:1 hesablı qələbədən sonra sonra deyib.

40 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında sualları da cavablandırıb:

Rail Məlikovu ehtiyatda saxlayıb, 4 müdafiəçi ilə oynamaq risk deyil ki?

- Railin zədəsi vardı. “Qəbələ”də Vurğun Hüseynovu riskə atdıq, hələ də başımızı döyürük. Uşaq hələ özünə gələ bilmir. Bu gün “Sumqayıt”dan bir neçə oyunçu milliyə çağırılır. Milli də 4 müdafiəçi ilə oynayır. Bu gün sistemdə problemimiz yox idi. İlk hissədə küləyə qarşı oynayırdıq, faciə idi. “Keşlə” ilə Azərbaycan Kubokunun cavab yarımfinal matçına görə bir az həyacanlanıram, həm də qorxuram.

Qapıda Fərhad Vəliyevin əvəzinə Mehdi Cənnətovu oynatmağınız nə ilə bağlıdır?

- Oynamayan uşaqlar da oynamalıdır. Bizdə beyin yorğunluğu var. Uşaqlara istirahət lazımdır.

“Sumqayıt” millinin sistemində oynamağa məcburdur?

- Bəlkə, yayda burda olmadım. Yeni gələn məşqçi baxacaq ki, bunlar 4 müdafiəçi lə oynaya bilmirlər. Futbolçular hər bir sistemdə oynamağı bacarmalıdırlar.

“Keşlə”nin baş məşqçisi Yuri Maksimov kubokun cavab matçı üçün sürprizlərinin olduğunu söylədi. Bəs, sizdə necə?

- Planlarım var. Amma mən Maksimov kimi ürəklə deyə bilmərəm. Bəlkə, ilk matçda 1:0 udub deyə, rahat şəkildə bunu söyləyə bilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam