Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan Premyer Liqası:“Kəpəz” səfərdə “Keşlə”ni məğlub etdi

 

Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında X turunun ikinci günündə “Keşlə” (əvvəlki “İnter”) klubu doğma meydanda “Kəpəz”i qəbul edib

 

Yenixeber.org: “İnter Arena”da keçirilən matçı baş hakim Orxan Məmmədov idarə edib. Oyunda hesabı qonaqlar açıblar. Matçın 15-ci dəqiqəsində Viktor Oseqeyl “Kəpəz”i hesabda önə çıxarıb – 0:1. Oyunun İlk hissəsi bu hesabla da başa çatıb.

Görüşün 64-cü dəqiqəsində İlyas Səfərzadə hesab arasındakı fərqi iki topa çatdırıb – 0:2. Bundan sonra qapılara başqa qol vurulmayıb.

Bu qələbədən sonra “Kəpəz” aktivindəki xallarının sayını yeddiyə çatdırsa da, komandanın turnir cədvəlindəki mövqeyi (səkkizinci pillə) dəyişməyib. “Keşlə” klubu isə səkkiz xalla yeddinci pillədədir.

Qeyd edək ki, günün ikinci oyununda “Zirə” komandası “Qəbələ”ni qəbul edəcək.

 

Turun sonuncu matçı oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi” və “Sumqayıt” komandaları arasında oynanılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam