Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Erix Honekker Hacı Qalibi necə həbsə saldı?

 

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Məkkədə zəvvarların şeytana daş atma mərasimi zamanı yaranan basabasda 800-ə yaxın müsəlmanın həlak olmasından çıxış edərək özünün maraqlı həcc xatirələrini dərc edib.

"Xeberinfo.com":    Məlumata görə, R.Arifoğlu həmin həcc ziyarətində şeyxülislam Allahşükür Paşazadənin qudası, deputat Hacı Qaliblə yol yoldaşı olub. Və Hacı Qalibin həbsinin maraqlı tarixçəsini onun öz dilindən öyrənib.

R.Arifoğlu bu “sirri”, yəni Hacı Qalibin 90-cı illərin sonlarında niyə tutulmasının səbəbini 15 il sonra açmağı qərara alıb. Məlum olub ki, şeyxin qudasını tutduran əslində Almaniya Demokratik Respublikasının rəhbəri Erix Honekker olubmuş...

“Zaman 2001, aylardan fevral, həm də son günləri. Məkkədə 40 dərəcədən yüksək isti. Türmədən iman və niyyətlə çıxıb, üzümüzü müqəddəs torpaqlara tutmuşduq.  O zaman da Həcc ziyarətində ölənlər var idi; lakin bizim Hacı Qalib Salahzadə ilə ilk söhbətə başladığımız anlarda hələ elə bir şey baş verməmişdi. Sadəcə Şeyximizin qudası, Bakının tanınan şəxslərindən biri, qalmaqallı həbs və daha sonra azadlıq yaşamış, bizdən əvvəl dəfələrlə (12) Həcc ziyarətində olmuş Hacı Qaliblə üz-üzəydik və olduqca koloritli, maraqlı bir obraz tapmışdım”-“Yeni Müsavat” qəzetinin baş redaktoru yazır.

Hacı Qalib həmin ziyarətə şəxsi aşpazını və digər xidmətçilərini də aparıbmış. Və Məkkədə aşpazının bişirdikləri yeməklərə “Yeni Müsavat”ın baş redaktorunu da qonaq edirmiş.

Beləcə, onlar “dostlaşırlar” və Rauf Arifoğlu Məkkədə növbəti isti söhbətlərdən birində  Hacı Qalibdən soruşur:

-Hacı, sən ki bu hakimiyyətə bu qədər yaxınsan, Cəlal Əliyevlə birbaşa təmasın var, indi də görüşürsən... Mənim məsələm məlum. Bəs səni niyə tutdular?

Hacı Qalib Salahzadə bir o yana baxır, bir bu yana... Və bu hekayəni danışır:

-Bəy, məni Erix Honekker tutdurdu...  Təəccüblənmə... Allaha and olsun, belədir... Cəlal müəllimin Bilgəhdəki bağına mən baxıram. Qonaqları olanda da hər şeyi mən təşkil edirəm... Hə, yeri gəlmişkən, o cür toplantılarda ən çox üç adam söyülür - sən, İsa Qəmbər və Sülhəddin...  Sülhəddini naxçıvanlı ola-ola, sizə qoşulmasına görə söyürlər... Hə, bu Cəlal müəllim, eləcə də onun ətrafında olan hər kəs məni “tupoy” bakılı, qədeş, qoçu, savadsız  zənn edirlər. Ona görə də yanımda nə gəldi danışırlar...

Son toplantılardan birində böyük stol açılıb, hər kəs oturub, başda da Cəlal müəllim və Əli İnsanov... Mən də ən ayaqda, bir küncdə  oturmuşam, gətir-götürləri həll edirəm, süfrəyə baxıram, xidmət göstərənlərə tapşırıq verirəm...

Cəlal müəllim danışırdı... Elə bir yer gəldi ki, Almaniya Demokratik Respublikasının  rəhbərinin adını yadına sala bilmədi. Məclisə dedi, “... ə, onun adı nəydi...., o ADR-in başçısı nəydi...”

Tərs kimi də həmin anda kimsə adı xatırlaya bilmədi... Özüm də bilmədən “Erix Honekker” dedim. Qəfil sükut çökdü. Hər kəs dönüb masanın ayağındakı adama - mənə heyrətlə baxdı. Bədənim buza döndü. Başa düşdüm ki, ölüm hökmümü verdim... Mənim belə şeyləri bildiyim onların ağlına da gəlməzdi... Erix Honekkeri tanıyan, bilən bakılı qorxulu adamdı...

Az sonra məni tutdular... Çox əziyyət verdilər... Çıxanda, ağsaqqalın yanına getdim... “Ağlın başına gəldi” - deyə soruşdu. Dedim, “bəli, gəldi”. Dedi, “get işlərinlə məşğul ol, ağıllı ol...”

***

Xatırladaq ki, Hacı Qalib bu il 27-ci dəfə Həcc ziyarətinə getmişdi. Lakin hacı Məkkədə ibadətə təzəcə başlamışdı ki Bakıdan ona bəd xəbər getdi.

YAP deputatlığa namizədlər siyahısını açıqladı və məlum oldu ki, qüdrətli şeyxin qudası həmin siyahıda yer almır. Və Hacı Qalib dini ayinləri davam etdirmək üçün yerinə pulla adam tutaraq (onun bu qərarı maraqlı diskussiyalara səbəb oldu) tələsik Bakıya döndü. Şeyxin qudası bildirdi ki, əslində namizədliyinin irəli sürülməməsindən narazı deyil, sadəcə olaraq suallara cavab vermək üçün Məkkədən yarımçıq qayıdıb...

musavat.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam