“Danışan kimi məni ələ salırlar”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası, sabiq millət vəkili hacı Qalib Salahzadə növbəti Həcc ziyarətinə hazırlaşır
Xeberinfo.com: Bu barədə sabiq deputat özü məlumat verib.
Q.Salahzadə deyib ki, bu il Ümrə ziyarətinə getməyi planlaşdırır:
“İndiyədək 27-28 dəfə Həcc ziyarətində olmuşam. Ümrə ziyarəti ilə isə daha çoxdur. Mən 2 dəfə müqəddəs Kəbə evinin içərisində olmuşam. Daha Kəbənin ətrafını deyil, içərisini ziyarət etmişəm. Əslində, ziyarətimlə bağlı çox danışmaq istəmirəm. Çünki danışan kimi məni ələ salırlar. Sataşaraq deyirlər ki, Həccdə olub, Həccdə olub. Bu müqəddəs ziyarətdir, bunu bir özün, bir də Allah bilməlidir. Digər tərəfdən isə hər adam Həcc ziyarəti edə bilməz. Bir insanın Həcc ziyarətinə getməsi üçün ilk növbədə uca Allahın izni olmalıdır. Yəni, Allah istəməsə, kimsə Həccə gedə bilməz, ya qəfil xəstəsi çıxar, ya başı ağrayar və sairə. Bəzən mənə sataşırlar ki, filankəs tez-tez Həccə gedir və sairə. Mən Allah evini ziyarət edirəm. Anlamıram ki, Allah evinə getmək nə vaxtdan günah sayılır? Buna görə məni qınayanlar günah edirlər”.
Q.Salahzadə guya qızıl biznesi ilə məşğul olması barədə bir sıra kütləvi informasiya vasitələrində (KİV) yayılan xəbərlərə də ümnasibət bildirib:
“Mən indiyədək Həcc ziyarətinə və Səudiyyə Ərəbistanına çox gedib gəlmişəm. Ancaq mən nə buradan oraya, nə də ki, oradan Azərbaycana bir hədiyyə belə aparmamışam. Allahın verdiyi ruzi-bərəkəti ondan savayı heç kəs ala bilməz. Məni Allah dolandırır. Mən belə deyəndə, bəziləri deyir ki, səni Allah dolandırırsa, məni də dolandırsın da. Həyatdır, elə şeylər var ki, Allah istəməsə, mümkün olmur. Adam da var ki, Allah onla milyonlar bəxş edib, ancaq elə dərd verib ki, həmin pullarla dərddən xilas ola bilmir. Yəni, Allahın bəxş etdiyi var-dövlət başqa şeydir. Mənim haqqımda kim nə deyirsə, özü üçün deyir. Kimki Həcc ziyarətinə gedib-gələn adamlara lağ edirsə, Allah özü onları cəzalandıracaq. Mən heç özümə görə demirəm, nə qədər insanımız var ki, Həcc ziyarəti edib. Bu, onlara hörmətsizlikdir”.(ölkə.az)