Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Mədəniyyət" qəzetinə yeni baş redaktor təyin edilib

 

 

 

 

 

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan “Mədəniyyət” qəzetinin baş redaktoru vəzifəsinə yeni təyinat olub

 

 

 

     Yenixeber.org:  Nazirlikdən  verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin 31 yanvar 2018-ci il tarixli əmri ilə Vüqar Mükafat oğlu Əliyev “Mədəniyyət” qəzetinin baş redaktoru təyin edilib.

Fevralın 1-də Mədəniyyət və Turizm Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətovun iştirakı ilə yeni baş redaktor qəzetin kollektivinə təqdim edilib.

 

Vüqar Əliyev 1970-ci ildə anadan olub. 1992-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) fərqlənmə diplomu ilə bitirib.

1993-cü ildən mətbuat sahəsində fəaliyyət göstərir, müxtəlif qəzetlərdə müxbir, icmalçı, şöbə müdiri işləyib. 2010-cu ildən “Mədəniyyət” qəzetinin redaktoru vəzifəsində çalışıb. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası və digər qurumların keçirdiyi yazı müsabiqələrinin dəfələrlə qalibi və mükafatçısı olub.

 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam