Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlikdən Tahir Əkbərin məzarı ilə bağlı ittihamlara cavab

Nazirlikdən Tahir Əkbərin məzarı ilə bağlı ittihamlara cavab

 

 

Mədəniyyət və Turizm Nazirliyi bəstəkar Tahir Əkbərin məzar yerinin dəyişdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib


Yenixeber.org: Naziriyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov bildirib ki, bəstəkarın məzarının dəyişdirilməsi ailəsinin qərarıdır və nazirlik ailənin qərarına qarışa bilməz.
“Nazirlik olaraq Bakı Şəhəri İcra Hakimiyyətinə yer üçün müraciət etdik və onlar müvafiq yer təklif etdilər. Məzarın yerinin dəyişdirilməsi ailənin qərarıdır. Biz dəfn və vida mərasimi ilə bağlı təşkilatı məsələləri həyata keçirdik. Hətta nazir Əbülfəs Qarayev vida mərasimində iştirak etdi və mərhumun ailəsinə başsağlığı verdi”.

Qeyd edək ki, bəstəkarın xanımı Aybəniz Əkbər nazirliyi ittiham edərək ayrılan məzar yerinin Tahir Əkbərə layiq olmadığını deyib.

Mədəniyyət və Turizm Nazirliyinə, Bəstəkarlar İttifaqına Tahir bəyin dəfn edilməsi ilə bağlı müraciət etdim. Sağ olsunlar, dəfn üçün yer verdilər. Ancaq verdikləri yeri Tahir Əkbərə layiq bilmədim. Ora illərdir Azərbaycan musiqisinə xidmət edən şəxsin dəfn yeri deyildi. Bu səbəbdən ona sonuncu borcumu yerinə yetirib, anasının yanında dəfn etdirdim”, - A.Əkbər vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam