Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ən baxımlı TV-lərin baxılmayan verilişləri


 

Xeberinfo.com:   O gün bir tanışım deyir ki, belə getsə TV-lərə baxmağı bir dəfəlik yığışdıracam. Deyirəm,niyə, nə olub ki, sənin zövqünü oxşamayan, qanını qaraldan verilişlərmi var? Qayıdır ki, danışma qardaş, danışma. Televizoru açmağıma peşman oluram, hansı kanalı açıram çal-çağırdı, gözünü "mazol" edən müğənnilər və müğənniciklərdi. Hərdən öz-özümdən soruşuram: - Görəsən bunların yatıb, durduqları məkan da buradır?

Həmsöhbətim nə deyir mən də başımla onun dediklərini təsdiq edirəm. Başqa cür də edə bilmərəm. Axı kişinin oğlu nə deyir, doğru deyir.Zərrə qədər də olsun yalanı, böhtan atması, şərləməsi, qara yaxması da yoxdur. Mən də buna "hə" deməliyəm də, "yox" desəm bu mənim tərəfimdən ədalətsizlik olar.

Elə mən özüm də TV kanallarına elə də həvəslə baxan deyiləm. Ən çox baxdığım ATV-nin "Xəbərlər" proqramıdır. Burda efir vaxtını süni doldurma yoxdur, aparıcılar xəbərləri tamaşaçılara savadlı və peşekarlıqla çatdırırlar. Amma başqa TV-də "Xəbərlər" proqramları çox aşağı səviyyədə tamaşıçılara "sırınır", çatdırılmır. Məhz elə buna görə də bəzi kanallarda "xəbərlər"ə baxmaqdan imtina edəcəm. Ona görə ki, bir xəbəri, bir olayı həftənin əvvəlindən axırına kimi təkrarlayırlar. Bundan da tamaşaçı yorulur, bezir.

Ən acığım gələn, məni hövsələdən çıxarıb əsəbləşdirən SPASE TV-nin "Xəbərlər"idir.Burada ilk xəbərdən sonra efirə gedəcək bütün xəbərlərin anonsu təkrar-təkrar "az sonra" bildirişi ilə verilir. Bu da uzun bir vaxt aparır. Doğrusu bilmirəm bu anonslar efir vaxtını doldurmaq üçündür, ya tamaşaçı toplamaq? Axı bu günkü tamaşaçıya belə xəbər çatdırmaq olmaz. Sənin onu yormaq, bezdirmək haqqın yoxdur, bu saymamazlıqdır, hörmətsizlikdir. Bu azmış kimi aparıcı Elvin Basqallı özünü yırtıb dağıdır, tələsik-tələsik danışır, səsini qaldırır, əl-qol hərəkətləri edir. Məyər yarım saatlıq xəbəri tamaşıçıya belə çatdırırlar? Özü də "Ana xəbər"i. Bu "Ana xəbər"ifadəsi aparıcının dilindən daha tez-tez səslənir.

Elə bu "Ana xəbər"in ardınca Nurlan Əliyevin təqdimatında "Olaylar" verilişi efirə gedir. Baxanlar bilir ki, bu səpkili verilişlərdə dünyada baş verən qeyri-adi hadisələr tamaşaçılara çatdırılır. Hansı şəkildə? Nurlanın qaçhaqaç danışığı, çığırmağı və təkrarçılığı ilə?

Bu yerdə adamın qabaqkı quruluşa ağız dolusu "Allah atana rəhmət eləsin,sovet hökuməti!" demək keçir. Onda indiki kimi efirləri qeyri-peşəkarlar yox, əsil peşəkarlar tutmuşdu.

Çox maraqlıdır ki, indi heç bir kanal ayranına (özünə) turş demir. Özləri haqqında "ən baxımlı", "bir nömrəli", "baxdıqca baxılan", "lider" və s.kimi çox ucadan səslənən ifadələr işlədirlər.

Mənə görə bu gün Azərbaycan TV-lərinə milyonlarla tamaşaçı yox, minlərlə insan baxır ki, onların da əli başqa kanallara çatmır. Yəni seyr elədiyi kanalın dilini (yabançı olduğuna görə) bilmirlər.

Tamaşaçını itirməmək üçün başlıca iş səviyyəli verilişlər hazırlayıb ortaya qoyasan və heç bir tamaşaçıdan çəkinmədən həqiqəti bu şəkildə deyəsən: "Mən milyonların sevə-sevə izlədiyi kanalam!".

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam